Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kovid aptekçəsində nə olmalıdır? - Dərmanlar siyahısı

Azərbaycanda əhali pandemiya dövründə milyonlarla vəsaiti ancaq apteklərdə kovid müalicəsi üçün tələb olunan dərmanlara xərcləyib.

Virus mutasiyaya uğrayır, hər dəfə müaicə gedişi dəyişir.

Bəs pandemiyada yaşadığımız müddətcə dərman aptekçəsi ilə yanaşı kovid qutusunda nələr olmalıdır? Hansı preparatlar mütləq evdə tapılmalıdır.

PİA.az medicina.az-a istinadən bildirir ki, rusiyalı terapevt Yaroslav Aşixmin koronavirus müalicəsi üçün aptekçədə olmalı dərmanları və vasitələri açıqlayıb.

"Əslində kovidi müalicə edəcək dərmanın mövcudluğuna RusiyaMDB dövlətlərində çox inanırlar. İnsanlar əllərinə keçəni alır. Amma ABŞAvropada insanlar öncədən heç bir dərman almır, resept axtarmır, çünki bilirlər ki, kovidin ambulator müalicəsi yoxdur. Dünya peyvənd istiqamətində tədbirini görür.

Yeganə dərman parasetamol olmalıdır ki, virus qızdırması olduqda, qızdırmanı salasız.

Mən şəxsən pasiyentlərimə tövsiyə edirəm ki, istənilən Avropa brendi istehsalı parasetamolu alsınlar, Rusiya istehsalçılarına güvənmirəm.
Digər Arbidol, Anaferon, Ergeferon və s. kimi geniş spektrli virus preparatlarının virusdan sağalmağa aiddiyatı yoxdur. Onların kovidin müalicəsində effekti sübut olunmayıb.

Favirapiravir dərmanının sübutlu bazası var, amma onu da yoluxduqdan ilk sutkada qəbul etmək lazımdır. Onu hamilələr, eləcə də hələ ana olmayan gənc qadınlar içməməlidir. Bu dərmanın effektindən riski çoxdur.

İmmun aktivləşdirici müxtəlif immunitet gücləndirici immunomodulyatorlar da Amerika və Avropada xəstələrə yazılmır. Koronavirusda əksinə immuniteti qıcıqlandırmaq olmaz.

Yeganə effektiv preparat hormonal deksametazondur. Onu da evdə müalicədə tətbiq etmirlər.

Bakterial pnevmoniya zamanı həkim antibiotik təyin edir, onları da aptekçədə saxlamaq alıb yığmaq mənasızdır.

Virus infeksiyalarında antibiotiklər effektsizdir.

Ona görə də ev eptekində parasetamol, ipubrofen, Nimesil və s. kimi ağrıkəsici, hərarət salıcılar, Vitamin C, D, selen və sink olması, eləcə də termometr, saturasiya ölçmək üçün pulsoksimetr cihazı, burun yumaq üçün spreylər, natri xlor, əzələ ağrısına qarşı yüngül maz olmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Ən çox oxunanalar