Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusla mübarizə aparan həkimlər etiraz edir

15 gün karantin əvəzinə bizdən yaxma götürüb evə yola salırlar...

"Artıq iki aydır ki, həkimlərimiz ATU-nun Tədris Cərrahiyyə Klinikasında yorulmadan çalışır. 31.05.2020-ci il tarixində işi sona çatan həkimlərimiz üçün son gündü. Amma həkimlər və tibb bacıları 15 gün karantinə saxlanılmaq əvəzinə yaxma götürülərək evə yola salınır. Bu da karonoviruslu xəstələrlə təmasda olan həkimlərimizin etirazına səbəb olub".

PİA.az xəbər verir ki, bu barədə ATU-nun Tədris Cərrahiyyə Klinikasında koronavirusla mübarizədə aktiv fəaliyyət göstərən bir qrup həkim açıqlama yayıb. Sosial şəbəkə vasitəsilə etiraz edən həkimlər evlərinə, ailələrinə virus aparmaqdan, yaxınlarını yoluxdurmaqdan qorxurlar: "Həkimlər evə getmək istəmir. Evinə, ailəsinə virus aparmaqdan, ailəsini, övladını yoluxdurmaqdan qorxur. Qaydalara əsasən, həkim 15 gün hoteldə karantində qalmalıdır. Bu ilk günlər aprel ayında belə idi. Həkim 15 gün işləyib, 15 gün karantində qalırdı. Amma may ayının əvvəlində vəziyyət dəyişdi. Bildirildi ki, həkim 1 həftə də karantində qala bilər. May ayının sonunda isə artıq həkimə karantin lazım deyil, evə gedə bilər - dedilər. Vəziyyətin bu hala gəlib çıxması həkimlərdə, xüsusilə yeni işləməyə gələn həkimlərdə inamsızlıq yaratdı. Ailələri üçün təlaş keçirtdilər. Əgər doğurdan da həkimə karantin müddəti lazım deyildisə, onda nə üçün əvvəldən 15 gün həkimlər karantində saxlanırlırdı?l Həkimlərimizə yaxma verdikdən sonra cavab mənfi çıxarsa hoteli tərk etmək tapşırığı verilib. Həkimlərsə etiraz edir. Görəsən onları eşidən, duyan kömək əlini uzadan olacaqmı?". (Yeniavaz.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Ən çox oxunanalar