Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus geri qayıdır? - Yeni variantı aşkarlandı

Qebreyesus COVID-19-un daha təhlükəli variantının ortaya çıxması ilə bağlı xəbərdarlıq edib...

O, bu barədə ÜST-ün həftəlik mətbuat konfransında açıqlama verib.

Qebreyesus 3 ay əvvəl COVID-19-un beynəlxalq əhəmiyyətli ictimai sağlamlığı təhdid edəcək halının sona çatdığını, lakin qlobal sağlamlıq təhlükəsi olmağa davam etdiyini xatırladıb.

Həmçinin, o virusun bütün ölkələrdə yayılmağa, öldürməyə və dəyişməyə davam etdiyini vurğulayıb: "ÜST bu gün risk qiymətləndirməsini dərc etdiyi EG.5 variantı (Eris) daxil olmaqla müxtəlif dəyişənləri izləyir. Xəstəliklərin və ölümlərin sayının artmasına səbəb ola biləcək daha təhlükəli COVID-19 variantının ortaya çıxma riski qalmaqdadır".

"Omicron"un daha yoluxucu, lakin daha az öldürücü variantından sonra bir çox dünya koronavirusun daha bir variantı "Eris"in xəbəri ilə təşvişə düşüb.

"Eris" "Omicron"un alt variantıdır, ona görə də simptomları oxşardır. Araşdırmalara görə, "Eris" variantının ən çox görülən 10 simptomu bunlardır:

- Boğaz ağrısı

- Burun axması

- Burun tutulması

- Asqırma

- Bəlğəm

- Baş ağrısı

- Bəlğəmli öskürək

- Boğuq səs

- Əzələ ağrıları

- Qoxuda dəyişiklik.

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, iyulun 6-dan avqustun 3-dək dünya üzrə 1 milyon yeni yoluxma və 3100 ölüm halı qeydə alınıb. Bu o deməkdir ki, pandemiyanın başlanğıcından bəri insan itkisi 7 milyona yaxınlaşıb.(unikal)

Poliqon.info


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub - Yenilənib

Azərbaycan lideri Xankəndi Konqres Mərkəzinin təməlini qoyub -Yenilənib

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib - Yenilənib

Prezident “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib - Yenilənib

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

Natiq Miri: Böyük Britaniyada leyboristlərin hakimiyyətə gəlməsi ilə ciddi dəyişikliklərin anonsu verilir...

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Ən çox oxunanalar