Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kolumbiya prezidenti Amazonda NATO-nun analoqunun yaradılmasını təklif edib...

Kolumbiya prezidenti Qustavo Petro hesab edir ki, “Amazon paktı”na daxil olan ölkələr funksiyalarına görə NATO-ya oxşar hərbi-siyasi ittifaq yaratmalıdırlar...

Poliqon xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Amazon Paktı iştirakçısı olan ölkələrin sammitində danışıb. Həmçinin Qustavo Petro hesab edir ki, ekoloji cinayətlər üzrə xüsusi məhkəmənin yaradılmalıdır.

“Mən hərbi müqavilə təklif edirəm. Biz Amazon NATO-su yaratmalıyıq. Amazon və ölkələrimizə qarşı yönəlmiş fəaliyyətlərə qarşı çıxmaq üçün hərbi əməkdaşlıq haqqında saziş imzalayaq”, deyə Pedro sammitdə çıxışı zamanı bildirib.

Kolumbiya prezidentinin sözlərinə görə, belə bir qurum müdafiə nazirlərinin rəhbərliyi altında silahlı qüvvələrin birgə hərəkətlərini əlaqələndirə bilər. Pedro qeyd edib ki, “Amazon paktı” ölkələri regionun təbiətinə və yerli əhalinin hüquqlarına zərər vuran ekoloji cinayətlərlə bağlı məhkəmə də yarada bilər.

Qeyd edək ki, “Amazon Paktı” və ya Amazon Əməkdaşlıq Müqaviləsi Təşkilatı Amazonun təbii irsinin qorunmasını təmin etmək məqsədi daşıyan bir təşkilatdır. Təşkilata Boliviya, Venesuela, Ekvador, Braziliya, Kolumbiya, Qayana, Peru, Surinam daxildir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar