Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kolleclərdə pedaqoji yönümlü ixtisaslar ləğv olunacaq?

Cəmiyyətdə kollec diplomlarının tanınmayacağı ilə bağlı müzakirələrə rast gəlinir...

Elçin Əfəndi: “Elm və Təhsil Nazirliyi bildirmişdi ki, müvafiq olaraq qarşıdakı dövr ərzində pedaqoji yönümlü kollec məzunlarının tədricən işlə təminat məsələsində müəyyən problemlər yarana bilər. Bu baxımdan hesab edirəm ki, qarşıdakı dövrdə kolleclər üçün pedaqoji yönümlü ixtisaslara qəbul aparılmayacaq”.

Adil Vəliyev: “İstər kolleclərin, istərsə də universitetin verdiyi diplom dövlət səviyyəsində elm və ali təhsil müəssisəsi tərəfindən verilir və bu diplomlar qanunidir”.

Son günlər cəmiyyətdə kollec diplomlarının tanınmayacağı ilə bağlı müzakirələrə rast gəlinir. İddia olunur ki, yaxın gələcəkdə kollec bitirən tələbələrin əldə etdiyi diplomlar bir işə yaramayacaq. Həmçinin kollec diplomu işə qəbul zamanı əhəmiyyət kəsb etməyəcək.

Bəs görəsən, həqiqətən kollec diplomları tanınmaya bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı təhsil-ekspertləri Elçin ƏfəndiAdil Vəliyev ilə müzakirə edib.

Elçin Əfəndi: “Kollec diplomlarının tanınmaması ilə bağlı yayılan iddialar əsassızdır”.

Orta ixtisas təhsilli şəxslə ali təhsilli şəxsin bilik və bacarıqlarının da fərqli olduğunu nəzərə çatdıran ekspert bildirib ki, ümumilikdə kollec diplomu ilə universitet diplomunu bərabərləşdirmək doğru olmaz:

“Elm və Təhsil Nazirliyi səsləndirmişdi ki, müvafiq olaraq qarşıdakı dövr ərzində pedaqoji yönümlü kollec məzunlarının tədricən işlə təminat məsələsində müəyyən problemlər yarana bilər. Bu baxımdan hesab edirəm ki, qarşıdakı dövrdə kolleclər üçün pedaqoji yönümlü ixtisaslara qəbul aparılmayacaq. Necə ki, əvvəllər kolleclərdə ibtidai sinif müəllimliyi var idi, indi isə yoxdur.

Eyni zamanda bir sıra fənnlər üzrə müəllimlik ixtisasına qəbul dayandırılıb. Gələcəkdə bağça, fiziki tərbiyə və digər istiqamətlər üzrə müəllimliklə bağlı kolleclərə qəbul ləğv olunacaq. Bu, kollec diplomlarının tanınmayacağı mənasına gəlmir. Bu gün kollec diplomunun tanınması fonunda öz ixtisası üzrə çalışanların sayı az deyil.

Elçin Əfəndi: “Gələcəkdə bağça, fiziki tərbiyə və digər istiqamətlər üzrə müəllimliklə bağlı kolleclərə qəbul ləğv olunacaq”.

Qeyd edim ki, kollec diplomunun universitet diplomu səviyyəsində tanınmasına arasında fərqli anlayışlar mövcuddur. Belə ki, kollec diplomu orta ixtisas təhsilinin, universitet diplomu isə ali təhsilin alınmasını göstərən bir sənəddir. Nəticə etibari ilə orta ixtisas təhsilli şəxslə ali təhsilli şəxsin bilik və bacarıqları da fərqlənir. Ümumilikdə kollec diplomu ilə universitet diplomunu bərabərləşdirmək doğru olmaz”.

Adil Vəliyev: “Kolleclərlə bağlı əsas problem təhsil səviyyəsinin aşağı olmasıdır. Bu təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində müvafiq addımların atılmasına ehtiyac var”.

Kollec diplomlarının tanınmaması ilə bağlı reallığın olmadığını bildirən təhsil eksperti Adil Vəliyev isə saytımıza açıqlamasında qeyd edib ki, əksinə son dövrlər kollecdən məzun olanların ali təhsil almaq üçün universitetlərə daxil olması kollec diplomlarının önəmini bir qədər artırıb:

“İstər kolleclərin, istərsə də universitetin verdiyi diplom dövlət səviyyəsində elm və ali təhsil müəssisəsi tərəfindən verilir və bu diplomlar qanunidir. Həmin diplomlar elektron şəkildə hər bir tələbənin adına uyğun olaraq qeydiyyatdan keçilir. Kollec diplomlarının tanınmaması reallığı əks etdirə bilməz. Çünki kollec diplomları alternativ imkana malikdir. Məlumdur ki, bir şagird ali təhsil almaq üçün həm buraxılış, həm də qəbul imtahanı verir. Universitetə qəbul olan şagird kollecə daxil olarsa, təhsil müddətini bitirəndən sonra subbakalavr statusu alır və bu statusla universitetə imtahansız şəkildə müraciət edə bilir.

Kollec və universitet diplomlarının eyniləşdirilməsinə gəlincə isə deyə bilərəm ki, bu, qeyri-mümkündür. Attestatla kollec diplomu eyni səviyyədə olmadığı kimi, kollec diplomu ilə universitet diplomu da eyni deyil. Hər təhsil səviyyəsinin özünəməxsus tanınma sənədi var.

Kolleclərlə bağlı əsas problem təhsil səviyyəsinin aşağı olmasıdır. Bu təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində müvafiq addımların atılmasına ehtiyac var. kollec tələbələrinin bilik və bacarığının aşağı olması müəyyən problemlərə yol açır. Belə ki, kolleci bitirən tələbə universitetdə təhsilini davam etdirdikdə müəllimlər çox əziyyət çəkirlər. Çünki kollecdə tələbəyə lazımi bilik və bacarıq öyrədilmir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket: Kollec diplom


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar