Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kiyev meri partlayışlar barədə xəbərdarlıq etdi: “Sığınacaqlarda qalın!” - Foto, Video

Kiyevdə mərkəzi bölgələrdə partlayışlar davam edir...

Bu barədə Kiyev meri Vitali Kliçko özünün şəxsi “Telegram” hesabında yazıb.

O, şəhər sakinlərini sığınacaqlarda qalmağa çağırıb:

“Şəhərin mərkəzi ərazilərində partlayışlar baş verir. Sığınacaqlarda qalın!”

Həmçinin Kiyev Hərbi Vilayət Administrasiyası şəhərə raket hücumlarının olduğu və hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü barədə məlumat verib.

Eyni zamanda Kiyev və bir sıra bölgələrdə hava hücumu xəbərdarlığı davam edir.

Qeyd edək ki, may ayının 29-da saat 11:00-dan sonra (Bakı vaxtı ilə 12:00) Kiyevdə və Ukraynanın Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib. Daha sonra şəhərdə partlayışlar baş verib.
Şahidlər Kiyevin Julyanı hava limanı yaxınlığında azı 10 partlayışın olduğunu və tüstü baş qaldırdığını bildirirlər.

“Alerts.in.ua” hava xəbərdarlıq xəritəsinin məlumatına görə, Kiyev və ətraf bölgələr, Jitomir, Xmelnitski, Vinnisa, Çerkasksi, Kirovoqrad, Poltava, Xarkov, Zaporojye, Dnepropetrovsk, Çerniqov, Donetsk, Luqansk və digər şəhərlərin sakinləri üçün hava hücumu təhlükəsi var.

Kiyevin Podolski və Obolonski rayonlarında isə havada zərərsizləşdirilən raketlərin parçaları yolun hərəkət hissəsinə düşüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar