Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KİV: Husilərə qarşı zərbələr ABŞ-ı Yaxın Şərqdə genişmiqyaslı münaqişəyə cəlb edir

ABŞ və Böyük Britaniyanın Yəməndə husilərə qarşı zərbələri Amerikanı Yaxın Şərqdə genişlənə biləcək genişmiqyaslı münaqişəyə cəlb edir...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın The Wall Street Journal qəzeti yazıb.

"Ağ Evin planlarına son zərbə Husi qüvvələrinin Yəməndə davamlı hücumları olub. ABŞ və müttəfiqləri İranın dəstəklədiyi husilərin nəzarəti altında olan onlarla bölgəni hava və raket zərbələri ilə hədəfə alıb. Bu mübadilələr ABŞ-ı daha geniş münaqişəyə cəlb edir və regional gərginliyi gücləndirməklə hədələyir", deyə nəşr yazır.

Qəzet vurğulayır ki, Qəzza zolağında davam edən müharibə, Qırmızı dənizdə və digər yerlərdə eskalasiya fonunda ABŞ-ın regionda vəziyyəti sabitləşdirmək məqsədlərinə nail olmaq mümkün deyil.

Qeyd edək ki, son dövrlər husilər Qırmızı dənizdə ticarət gəmilərinə hücumları artırıb. Onlar bunu İsrailin Qəzzadakı hərəkətləri ilə əlaqələndirir və anklavda müharibənin dayandırılmasını tələb edir. Buna cavab olaraq ABŞ və Böyük Britaniya dekabrın 12-də Yəməndəki Husi hədəflərinə hava zərbələri endirib. Ümumilikdən 90-dan çox hədəf vurulub. Zərbələr sonrakı günlərdə də davam edib. Eyni zamanda ABŞ və Böyük Britaniyadan başqa müttəfiq ölkələri əməliyyatlara qoşulmayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar