Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Kişinyovda sülh müqaviləsi imzalana bilər” - Qabil Hüseynlidən sensasion açıqlama

Mayın 14-də İlham Əliyevlə Nikol Paşinyanın Brüsseldə görüşü ola bilər...

Politoloq: “Vaşinqtonda xarici işlər nazirlərinin sülh danışıqlarında irəliləyişlər var”.

“Əgər Rusiya Brüssel görüşünə mane olmazsa və Brüssel görüşü baş tutarsa, Ermənistan da sülhyaratma yolunda güzəştlərə razı olarsa, sülh prosesində çox böyük addımlar atıla bilər”.

Bu sözləri politoloq Qabil Hüseynli AzərbaycanErmənistan liderlərinin Brüsseldə görüşəcəyi xəbərlərinin yayılmasını Poliqon-a şərh edərkən qeyd edib.

Finansial Times nəşri bu gün mayın 14-də İlham Əliyevlə Nikol Paşinyanın Brüsseldə görüşəcəyini yazıb. Vaşinqtonda xarici işlər nazirlərinin görüşündən həmən sonra Brüsseldə liderlərin görüşməsi nədən xəbər verir? Sülh yolunda hansısa ümidlərdən danışmaq olar? Ümumiyyətlə, Qərbin hazırkı vasitəçiliyini necə dəyərləndirmək olar?

Sülh yolunda AzərbaycanErmənistanın atdığı addımları Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Cəmiyyətinin sammiti olacaq. Belə fikirlər var ki, həmin sammitdə təntənəli surətdə sülh müqaviləsi imzalana bilər”.

İndiyə qədər qət edilmiş yolla, bundan sonra qət edilməsi nəzərdə tutulan yolları müqayisə edən politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, Kişinyovda sülh müqaviləsi imzalana bilər:

“Bəzən baxırsan ki, bizim mətbuatda Vaşinqton görüşlərinin əhəmiyyətini azaldan yazılar olur. Ancaq mənim fikrimcə, Vaşinqtonda xarici işlər nazirlərinin sülh danışıqlarında irəliləyişlər var. Hətta, deyərdim ki, bəzi məsələlərdə kordinal irəliləyişlər var.

Demək olar ki, sülh danışıqlarının konseptual əsasları formalaşıb və yaxud da formalaşmaq üzrədir. Əgər Rusiya Brüssel görüşünə mane olmazsa və Brüssel görüşü baş tutarsa, Ermənistan da sülhyaratma yolunda güzəştlərə razı olarsa, sülh prosesində çox böyük addımlar atıla bilər. Hətta, Brüsseldə sülhyaratma prosesinin mətninin əsas müddəaları razılaşdırıla bilər.

Qeyd edim ki, Moldovanın paytaxtı Kişinyovda Avropa Siyasi Cəmiyyətinin sammiti olacaq. Belə fikirlər var ki, həmin sammitdə təntənəli surətdə sülh müqaviləsi imzalana bilər. Mən bunu birmənalı formada söyləmirəm. Amma indiyə qədər qət edilmiş yolla, bundan sonra qət edilməsi nəzərdə tutulan yolları müqayisə etsək, demək olar ki, Kişinyovda sülh müqaviləsi imzalana bilər. Bu mənim şəxsi qənaətimdir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq

Ən çox oxunanalar