Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəndli qadın həmin QRU polkovnikini tanıdı

Rusiyanın uzaq şərqinin sakini olan qadın Britaniyada martın 4-də Skripallara qarşı həyata keçirilmiş Solsberi hücumunda əsas şübhəlilərdən birini tanıdığını BBC-yə bildirib

Qadın fotoya baxan kimi şübhəlinin "Rusiya qəhrəmanı" adına layiq görülmüş Anatoli Çepiqanın olduğunu deyib.

Bir qədər əvvəl “Bellingcat” tədqiqatçı qrupu da həmin şəxsin gerçək adının polkovnuk Anatoli Çepiqa olduğunu müəyyən etmişdi.

Şübhəlinin özü isə Rusiya dövlət televiziyasına Ruslan Boşirov kimi özünü təqdim etmişdi.

BBC güman edir ki, Britaniya rəsmiləri “Bellingcat” qrupunun əldə etdiyi nəticələri sual altına almırlar.

Britaniya polisi hesab edir ki, şübhəlilər öz gerçək adlarından istifadə etməyiblər.

Rusiya “Noviçok” maddəsi ilə edilmiş hücumla hər hansı əlaqəsini inkar edir.

Martın 4-də edilmiş bu hücum nəticəsində keçmiş Rusiya casusu Sergey Skripal və onun qızı zəhərləndirilmişdilər.

BBC komandası Moskvadan təxminən 8000 km şərqdə, Çin sərhədinə yaxın yerləşən Beryozovka kəndinə baş çəkib. Həmin kənddə Anatoliy Çepiqa böyüyüb, boya-başa çatıb.

Yerli sakinlərin sözlərinə görə, polkovnik Çepiqa Beryozovka kəndində daha yaşamır

Kənddə yaşayan qadın “Bellingcat” qrupunun aşkar edib yaydığı şəkildə gənc yaşlarında olan Anatolini tanıyıb.

Həmin qadın sonra, Britaniya polisnin dərc etdiyi fotoda əks olunan "Ruslan Boşirovun" da polkovnik Çepiqa olduğunu təsdiqləyib.

"Onun valideyinlərinin harada yaşadığını bilirəm, o, hərbçi olub. Zabit olub. Müharibə zonalarında döyüşüb, sonra Moskvada olub", - qadın BBC-yə deyib.

Həmin qadın adının açıqlanmamasını xahiş edib.

Yerli sakinlərin sözlərinə görə, polkovnik Çepiqa ailəsilə birlikdə Beryozovka kəndini bir neçə il bundan əvvəl tərk edib.(virtualaz.org)

pia.az


Etiket: Skripal

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu ərazi Azərbaycanın nəzarətinə keçir - Sanosyan

Polkovnik-leytenant arvadının kotteclərini satıb ziyanı ödəmək istəyir

Paytaxt sakinlərindən Şəhriyar Məmmədyarovun qadınlarla bağlı qalmaqal yaradan fikirlərinə reaksiya

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Azərbaycanda ana autizmli övladlarını qəsdən zəhərləyib?

Çingiz Əhmədov Şəhriyar Məmmədyarovu dəstəklədi: "Bütün sahələrdə kişilər öndədirlər"

Bakıda türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib

Ağdam sakini Şəkidə ov tüfəngi ilə özünü öldürüb

Norveç, İrlandiya və İspaniya Fələstini suveren ölkə kimi tanıyıb

Ərdoğan: “İsrail Qəzzada dayandırılmasa, dünya yeni münaqişələrlə üzləşəcək”

Ən çox oxunanalar