Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kənd Təsərrüfatı Nazirliyi fermerlərin problemləri ilə bağlı görüş keçirib

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının onlayn formatda toplantısı keçirilib.Bu barədə "Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini bildirib və Fermerlər Şurasının üzvlərini görülən son işlərlə bağlı məlumatlandırıb.

Toplantıda cari il ərzində aqrar sektorda baş verən yeniliklərə toxunulub. Bildirilib ki, fermerlərin aqrar sığorta, “Vahid sahədə vahid əkin” layihəsinə maraq göstərməsi onların üzləşdikləri çətinliklərin həllinə və daha çox gəlir əldə etməsinə səbəb olacaq.

Şura üzvləri kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən taxılçılıq, pambıqçılıq, intensiv bağçılıq və heyvandarlığın inkişafı ilə bağlı fikirlərini bölüşüblər. Məhsuldarlığın yüksək olması üçün aqrotexniki tədbirlərin vaxtında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin aqrokimyəvi analizinin aparılması, mineral gübrə, dərman və pestisidlərdən düzgün istifadə olunması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacib olduğu vurğulanıb.

Toplantıda bölgələrdə yaşayan fermerlər arasında maarifləndirmə tədbirlərinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına məsləhət-informasiya xidmətlərinin təkmilləşdirilməsi məqsədilə Aqrar Xidmətlər Agentliyinin nəzdində Aqrar Təlim Mərkəzi yaradılıb. Aqrar Təlim Mərkəzinin 8 regional bölməsi fəaliyyət göstərəcək. Regional bölmələrin mütəxəssisləri Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə aqrotexniki qulluq işləri ilə bağlı fermerlərə öz tövsiyyələrini verəcəklər.

Eyni zamanda, tədbirdə mineral gübrələr, toxum və texnika ilə təminat, suvarma məsələləri, subsidiyaların verilməsi ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar