Şənbə, 06 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kanada tarixinin ən böyük quldurluğunu təşkil edən 6 nəfər tutulub

Kanada polisi ölkə tarixindəki ən böyük quldurluğu təşkil etməkdə şübhəli bilinən 6 nəfəri həbs edib...

Poliqon xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat yayıb.

2023-cü ildə cinayətkarlar beş tonluq yük maşını ilə Torontonun Lester B. Pearson Beynəlxalq Hava Limanına gələrək etibarsız dəniz məhsulları fakturasını təqdim ediblər və bu yolla Sürixdən yenicə gələn qızılları sakitcə yük maşınına yükləyiblər. Ümumilikdə, onlar 21 milyon Kanada dolları (15,2 milyon dollar) dəyərində 6600 qızıl külçəsi və daha 2,7 milyon Kanada dolları (1,9 milyon dollar) nağd pul oğurlayıblar.

"Bu hadisə sensasiyadır və zarafatla dediyimiz kimi, "Netflix" serialına oxşayır", deyə işin təhqiqatına nəzarət edən regional polis rəisi bildirib.

Polisin məlumatına görə, oğurlanmış külçələr sonradan oğrular tərəfindən əridilib və satılıb. Əldə olunan pulla quldurlar Kanadada satmağı planlaşdırdıqları odlu silahlar alıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurlanmış 419 kiloqram qızılın yalnız bir hissəsini geri qaytara bilib.

İndiyədək müstəntiqlər altı şübhəlini həbs edib, onlardan biri ABŞ-da həbsdədir. Oğurluqda iştirak etdiyi iddia edilən daha üç nəfər hələ də axtarışdadır.

Həbs edilənlər arasında "Air Canada"nın əməkdaşlarının da olduğu məlum olub. İndi "Air Canada" baş verənləri inkar edir və İsveçrədən Kanadaya qızıl və nağd pul çatdıran, lakin belə hallarda tələb olunan sığorta haqqını ödəməyən "Brinkin" günahkar olduğunu iddia edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun komandanı təyin edilən Kənan Seyidov kimdir? - Dosye

AVRO-2024: İspaniya ilk yarımfinalçı olub -  Yenilənib

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfərə gəlib - Foto

Ayın dərinliyində nə baş verir? - Məşhur iddia təsdiqləndi

İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib - Yenilənib

Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şuşada gəziblər - Yenilənib

Prezident Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib

İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlanıb

Ən çox oxunanalar