Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İyul yağışlı hava ilə başlayıb, ən çox yağıntı Bərdəyə düşüb

Bu gün hidrometeoroloji stansiyalardan əldə edilən məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub...

Poliqon xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, ən çox yağıntı adətən yayda quraq hava ilə səciyyələnən Bərdədə düşüb.

Belə ki, bir neçə saat ərzində həmin rayonda aylıq normanın 114 faizi qeydə alınıb. Digər rayonlara gəlincə Qaxda aylıq normanın 70, Tərtərdə 94, Goranboyda 54, Göyçayda 55, Mingəçevirdə 36, Kürdəmirdə 47, Zərdabda 55, Salyanda 37 faizini təşkil edib. Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı isə 2 millimetr olub.

Bildirilib ki, iyunun 30-da leysan yağış nəticəsində saat 18:00-da İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan, Cülyan kəndi ərazisindən axan Cülyançaydan və Talıstan kəndi ərazisindən axan Talıstançaydan, saat 19:10-da isə Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, saat 19:20-də isə Əmirvar kəndi ərazisindən axan Əmirvarçaydan qısamüddətli sel keçib.

İyunun 30-da İsmayıllıKəlbəcər rayonlarına dolu düşüb.

İyulun 1-də isə Oğuz rayonu ərazisindən keçən Əyriçayda, Qobustan rayonu ərazisindən keçən Pirsaatçayda, İsmayıllı rayon ərazisindən keçən Girdimançayda sel hadisəsi qeydə alınıb.

Bildirilib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 1-i axşamadək davam edəcəyi, iyulun 2-dən havanın sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

21 yaşlı tələbənin canına qəsd etməsinə səbəb anası imiş

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Zamirə Hacıyevanın milyonlarla dəyəri olan brilyantları özünə qaytarıldı - İngilis məhkəməsindən şok qərar

Yer kürəsinə "QİYAMƏT" xəbərdarlığı: Bu tarixdə 1,5 milyard insan məhv olacaq

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Ən çox oxunanalar