Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İxtisas seçimi başladı: Abituriyentlər nələri bilməlidirlər?

Bu gündən abituriyentlər ixtisas seçiminə başlayır. Bu, onların gələcək həyatlarına yön verəcək mühüm seçimdir.

Bəs onlar indiki mərhələdə xüsusilə nələri nəzərə almalı, ixtisas-peşə seçimini necə, hansı meyarlar əsasında aparmalıdırlar?

Mövzu ilə bağlı təhsil eksperti Xəzər Babayev Bakupost.az-a bildirib ki, bu sahədə mütəxəssis olduğunu deyən şəxslər sosial şəbəkələrdə özlərini reklam edərək abituriyentlərə dəstək olacaqlarını elan edirlər:

“Təbii ki, bu xidməti ödəniş qarşılığında göstərirlər. Çox təəssüflər olsun ki, bu ixtisas seçimləri bir çox hallarda yalnız mexaniki olaraq həyata keçirilir. Belə ki, abituriyentin topladığı bala baxılaraq, onun qəbul ola biləcəyi ixtisasların keçənilki qəbul balları nəzərə alınaraq ona uyğun, ehtimala dayanaraq həyata keçirilir. Məsələn deyək ki, şagird 3-cü qrup üzrə 550 bal toplayıb. Bu zaman bu qrupda olan ixtisasların keçid ballarına baxılır və təxmini 40-50 bal aşağı-yuxarı olmaqla kodlaşdırma aparılır. Demək olar ki, bu mexaniki ixtisas seçimidir,”.

Bəs ixtisas seçimi necə edilməlidir, nələr nəzərə alınmalıdır?

Təhsil eksperti hesab edir ki, abituriyentlərin seçiminə görə universitetlər də məsuliyyət daşıyır:

“Ali təhsil ocaqları il ərzində özlərini, ixtisaslarını və bu ixtisasların özəlliklərini, perspektivlərini geniş şəkildə ictimaiyyətə təqdim etməlidirlər. Təəssüf ki, bunu edən ali təhsil ocaqlarının sayı barmaqla sayılacaq qədər azdır. Məsələn, ADA , BMU, Qərbi Kaspi Universiteti buna misal ola bilər.

Bəs abituriyent ixtisas seçərkən universitetin hansı xüsusiyyətlərinə diqqət etməlidir?

Xəzər Babayev deyir ki, universitetin iş dünyasına, təşkilatlara, şirkətlərlə əlaqələrinə, nüfuzlu reytinq təşkilatlarının sıralarındakı yerinə, xarici dilləri tədrisi səviyyəsinə, innovasiyaları nə dərəcədə izləməsinə, tədris proqramını yeni çağırışlara uyğunlaşdırmasına, məsələn, nanotexnologiyalar, “blokchang” və s. yeniliklər barədə bilgiləri verib-vermədiyinə baxmaq lazımdır:

“Şübhəsiz, bu siyahını uzatmaq olar, ancaq ən azı minimal göstəriciləri nəzərə alınmalıdır. Universitetlər də özlərini yeni çağırışlara uyğunladırmalıdır”, - deyə ekspert bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Ən çox oxunanalar