Cümə axşamı, 23 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ISW: Putin Priqojinin sədaqətinə inanmır…

Priqojin qismən silah-sursat anbarlarına və Rusiya Müdafiə Nazirliyinin büdcəsinə daha çox çıxışı təmin etmək üçün “Vaqner”lə əlaqəli hərbi məmurları ələ almağa çalışıb...

Poliqon.info xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında bildirilir.

Hesabatda bildirilir ki, Priqojinin hərbi-siyasi ambisiyaları Putini də qorxuya salıb və o, “Vaqner qrupu”nun rəhbərinə xəbərdarlıq edib.

ISW qeyd edir ki, Putinin qəribə ictimai bəyanatı Priqojinin hərbi hərəkətləri və özünün hərbi və siyasi təsirini artırmaq cəhdlərinə qarşı birbaşa cavab ola bilər. Kreml rəsmiləri də təsdiqləyiblər ki, Putin getdikcə öz çevrəsində səriştədən daha çox loyallığa və sədaqətə üstünlük verir. Bu baxımdan Putin Priqojinə xəbərdarlığı “Vaqner” rəhbərinin sədaqətinə inanmaması kimi qəbul edilib.

ISW həmçinin qeyd edir ki, Baxmut döyüşləri Rusiya Müdafiə Nazirliyi ilə Yevgeni Priqojin arasında davam edən münaqişədə dönüş nöqtəsi olub. Bildirilir ki, Müdafiə Nazirliyi Priqojini və onun Kremldəki nüfuzunu artırmaq ambisiyaları fonunda Putinin gözündən düşməsini dəyərləndirərək, fürsəti əldən vermək istəmir. Analitiklər hesab edirlər ki, Rusiya Müdafiə Nazirliyi Baxmutda “Vaqner qrupunu”nun həm elitar döyüş qüvvələrini, həm də məhbuslardan ibarət qüvvələri qəsdən “xərcləməyə” çalışır.

Priqojinin məhkumları “Vaqner”ə cəlb etmək və silah-sursatla təmin etmək imkanları Rusiya Müdafiə Nazirliyi tərəfindən getdikcə məhdudlaşdırılır və bu, onu Müdafiə Nazirliyindən asılı olduğunu açıq şəkildə etiraf etməyə məcbur edir.

Qeyd edək ki, Kremlin icazəsi ilə Priqojin 2022-ci ildə “Vaqner qrupu”na 40.000 cəlb edib, lakin 2023-cü ilin əvvəlində o, həbsxanalardan döyüşmək üçün məhbus toplamaq icazəsini və məhbusları silahlandırmaq üçün silah-sursat ehtiyatına çıxış imkanını itirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan 24 mövqedən geri çəkilir - Mikaelyan

Baş nazirin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İranda səfərdədir - Yenilənib

Tehran Rəisinn helikopterinin qəzaya uğraması ilə bağlı yeni təfərrüatlar açıqlayıb

Rəisinin helikopterinin qəzaya uğramasının qaranlıq tərəfləri...

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir təyin olunub

Nazir: Pensiyaçıların 10 faizi xüsusi şərtlərlə alanlardır

Politoloq: İsrail beynalxalq hüququ ayaqlar altına atır, Qərb isə öz qurduğu sistemi məhv edir...

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Jurnalist binalarında bütün kommunal xidmətlər dayandırılır

May ayında qarın yağması nəyin xəbərçisidir?

Ən çox oxunanalar