Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrailin son əməliyyatında ən azı 10 fələstinli həyatını itirib...

İsrailin İordan çayının qərb sahilində keçirdiyi əməliyyatda ən azı 10 fələstinli həlak olub...

Poliqon İsrail KİV-lərinə istinadən xəbər verir ki, İsrailin Cenin şəhərində keçirdiyi antiterror əməliyyatı zamanı bazar ertəsi İordan çayının qərb sahilində fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında irimiqyaslı toqquşmalar baş verib.

The Jerusalem Post qəzetinin məlumatına görə, bazar ertəsi gecə başlayan əməliyyatda ən azı 10 fələstinli öldürülüb, ən azı 20 nəfər isə saxlanılıb. İndi İsrail ordusu əməliyyatı təkcə Cenində deyil, İordan çayının qərb sahilinin digər yaşayış məntəqələrində də davam etdirir.

Qeyd edilir ki, əməliyyat zamanı İsrail hərbçiləri başqa şeylərlə yanaşı, partlayıcı qurğuların istehsalı üçün laboratoriya və istifadəyə hazır yüzlərlə qurğunun olduğu anbar, həmçinin əldəqayırma bombaların olduğu iki anbar tapıblar.

Bundan başqa, İordan çayının qərb sahilindəki yəhudi məskənlərinin sakinləri ilə fələstinlilər arasında toqquşma baş verib, onlar bir-birlərinə daş atıblar.

Fələstinin “İslami Cihad” silahlı hərəkatı İsrailin əməliyyatını “qırğın” adlandırıb və buna cavab verəcəyini vəd edib.

Bu arada Qəzza zolağına nəzarət edən Həmas hərəkatı fələstinli gəncləri israillilərlə toqquşmalarda iştirak edənlərə qoşulmağa çağırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ən çox oxunanalar