Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsraildə terror aktında yaralananların sayı artıb, ölənlər var - Yenilənib

İsrailin paytaxtı Təl-Əvivdə Dizenqof və Ben Qurion küçələrinin kəsişməsində yerləşən törədilən teror aktı zamanı yaralananların sayı artıb.

Bu barədə “Report” “Times of Israel”ə istinadən xəbər verir.

Məlumata görə, terror aktı nəticəsində azı 2 nəfər həlak olub, daha 12 nəfər yaralanıb.

Yerli tibb mərkəzinin nümayəndələrinin sözlərinə görə, xəstəxanaya səkkiz yaralı yerləşdirilib, onlardan dördü hazırda əməliyyat olunur, həmin zərərçəkənlərin vəziyyəti ağırdır. Daha iki yaralının vəziyyəti orta ağırdır.

“The Jerusalem Post” yazır ki, polis atəş açanların sayının bir neçə nəfər olduğunu hesab edir. Hazırda polis və hərbi hissələr atışmanın baş verdiyi Dizenqof küçəsində, eləcə də ətraf ərazilərdə axtarış aparır. Hücum edənlərin məhv edilib-edilmədiyi barədə məlumat verilmir.

Polis həmçinin hücum zamanı küçədə olan vətəndaşları sığınacaqlarda gizlənməyə, evdə olanları isə çölə çıxmamağa, pəncərələrdən uzaq durmağa və eyvana çıxmamağa çağırıb.

İsrailin Baş naziri Naftali Bennet, müdafiə naziri Benni Qantz, Müdafiə Ordusunun Baş Qərargah rəisi Aviv Koçavi Təl-Əvivdəki hərbi qərargahdadır.

Qeyd edək ki, son günlər İsraildə terror aktlarının sayı artıb. "Atışma hücumu indiyədək 13 israillinin həyatına son qoyan son terror hadisələrinin sonuncusudur", - nəşr qeyd edib.

Martın 29-da Bney Brak şəhərində naməlum silahlının həyata keçirdiyi hücumda beş nəfər həlak olub. Hadisəni törədən silahlı şəxs zərərsizləşdirilib.

Qeyd edək ki, bu, İsraildə bir həftə son həftələr ərzində baş verən dördüncü terror aktıdır. Daha əvvəl - martın 27-də İsrailin Hadera şəhərində odlu silahdan istifadə edilən hücum zamanı iki sərhəd polisi həlak olub, habelə 12 israilli müxtəlif dərəcəli ağırlıqda yaralanıb. Martın 22-də isə İsrailin cənubundakı Beer Şeva şəhərində İŞİD-in bıçaqlı əməliyyatçısının həyata keçirdiyi hücum nəticəsində dörd israilli həlak olub.

***

İsrailin paytaxtı Təl-Əvivdə silahlı terrorçu Dizenqof və Ben Qurion küçələrinin kəsişməsində yerləşən İlka barında oturan insanlara atəş açıb.

"Report" İsrail mətbuatına istinadən xəbər verir ki, terror aktı nəticəsində iki nəfər ölüb, daha 4-ü yaralanıb.

Hadisənin dəqiq şəraiti və atəş açan şəxsin kimliyi hələlik məlum deyil, lakin bunun terror aktı olduğuna heç kim şübhə etmir.

Versiyalardan birinə görə, atəş açanlar iki nəfər olub.

Təhlükəsizlik qüvvələri terrorçunun gizləndiyi ehtimal edilən evi mühasirəyə alıb.

***

İsrailin paytaxtı Təl-Əvivin mərkəzində atışma olub.

"Report" xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Belə ki, naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində azı 6 nəfər yaralanıb. Məlumata görə, zərərçəkənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir.

Radiostansiyanın məlumatına görə, hücumda odlu silahla silahlanmış iki terrorçu iştirak edib. Hazırda təhlükəsizlik xidmətləri hücum edənləri axtarmağa davam edir.

Yaralılardan ikisinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Ən çox oxunanalar