Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail və Səudiyyə Ərəbistanı 2024-cü ilin əvvəlində saziş imzalaya bilər...

İsrail və Səudiyyə Ərəbistanı 2024-cü ilin əvvəlində diplomatik münasibətlərin qurulmasına dair saziş imzalayacaq...

Poliqon xəbər verir ki. bu barədə İsrailin Ynet nəşri yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

“Biz gələn il, çox güman ki, gələn ilin əvvəlində İsrail və Səudiyyə Ərəbistanı arasında sülh sazişindən danışırıq”, deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, belə optimist proqnoz ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın Krallığa üç səfərindən və Səudiyyə Ərəbistanı nümayəndələri ilə danışıqlarda əldə edilən irəliləyişdən sonra mümkün olub.

Nəşrin həmsöhbəti bildirib ki, bu danışıqlarda diqqət mərkəzində İrandan qorunmaq üçün Ər-Riyada silah tədarükü mövzusu olub. İsrail nəşri qeyd edir ki, Səudiyyə Ərəbistanı Birləşmiş Ştatlarla ABŞ Senatının üçdə ikisinin təsdiqini tələb edən müdafiə müqaviləsi imzalamaq istəyir.

Onun sözlərinə görə, danışıqlarda Səudiyyə Ərəbistanının İsraildə suallar doğuran mülki nüvə proqramı da müzakirə olunur.

İsrail rəsmisi bildirib ki, Fələstin məsələsinə gəlincə, müzakirələr İsrail hökumətinin qarşı çıxdığı işğal olunmuş ərəb ərazilərində məskunlaşma fəaliyyətinin dayandırılması tələbinə deyil, Səudiyyə ƏrəbistanıABŞ-dan fələstinlilərə iqtisadi yardıma yönəlib.

Qeyd edək ki, İsraillə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr yoxdur. 2005-ci ildə Səudiyyə Ərəbistanı Ümumdünya Ticarət Təşkilatına üzv olduqdan sonra İsrailə qarşı iqtisadi boykotunu ləğv edib. 2020-ci ildə Səudiyyə Ərəbistanı İsrail təyyarələrinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) xüsusi hava dəhlizi ilə uçmasına icazə verib.

2020-ci ildə BƏƏ və İsrail ABŞ-ın vasitəçiliyi ilə münasibətləri normallaşdırıb. Həmin vaxt BƏƏ-dən başqa Bəhreyn və Mərakeş də İsraillə diplomatik əlaqələr qurub. Müvafiq müqavilələr İbrahimi adlanırdı. 2021-ci ilin yanvar ayının əvvəlində Sudan rəsmi olaraq onlara qoşuldu.

May ayında Axios nəşri adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən xəbər verib ki, Vaşinqton 2023-cü ilin sonuna qədər İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşdırılmasında irəliləyişə nail olmağı mümkün hesab edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Ən çox oxunanalar