Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Qəzzaya cavab zərbələri endirib

İsrail Müdafiə Qüvvələri çərşənbə günü səhər tezdən Qəzza zolağına cavab hava zərbəsi endirib...

Poliqon xəbər verir ki. bu barədə İsrail KİV-ləri məlumat yayıb. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, hücumda HƏMAS-ın silah istehsalı üçün istifadə etdiyi yeraltı obyekt, eləcə də raketlər üçün xammal istehsal edən obyekt hədəf alınıb.

“Bu hücum HƏMAS terror təşkilatının güclənməsi və silahlanması qabiliyyətinə ziyan vurur”, deyə İsrail ordusunun mətbuat xidməti bildirib.

“Həmas terror təşkilatı Qəzza zolağında baş verənlərə görə məsuliyyət daşıyır və İsrail dövlətinin təhlükəsizliyinin pozulmasının əvəzini ödəyəcək”, İsrail ordusundan bildiriblər.

Öz növbəsində Fələstin mediası İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının şimalında Beyt Lahiya yaxınlığındakı obyektə və Qəzza şəhərinin qərbindəki obyektə hücum etdiyini bildirib.

Zərbələrin daha əvvəl Qəzza zolağı ərazisindən İsrail istiqamətində atılan raketlərə cavab olduğu vurğulanır.

Qeyd edək ki, çərşənbə günü səhər saatlarında Qəzza zolağından İsrailin cənubuna beş raket atıldığı barədə məlumat verilib. İsrail hərbçiləri Sderot şəhərində və yaxınlıqdakı digər qəsəbələrdə həyəcan sirenlərini işə salan bütün raketlərin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirildiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Ən çox oxunanalar