Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ordusu Qəzzada quru əməliyyatın baş tutmamasından ehtiyat edir

İsrail ordusu hökumətin heç vaxt quru əməliyyat üçün əmri verə bilməyəcəyindən və ya quru əməliyyatının uzun müddət təxirə salına bilincəyindən qorxur...

Poliqon xəbər verir ki, bu barədə The Times of Israel qəzetinin məlumatında bildirilir.

Qəzet yazır: “Ordu HƏMAS-ın girovlarının daha da azad edilməməsi səbəbi ilə siyasi rəhbərliyin quru işğalını təxirə salmasına və ya hətta yarı yolda dayandırıla biləcəyindən narahatdır”.

Nəşr qeyd edir ki, ötən həftənin cümə günü ABŞ vətəndaşlarının azad edilməsi hücumun gecikməsinə səbəb olub.

İsrail ordusu hesab edir ki, HƏMAS-a qarşı müharibədə hökumətin bəyan etdiyi məqsədlərə nail olmaq üçün Qəzza zolağında mümkün qədər tez qurudan hücuma başlamaq lazımdır.

“IDF hesab edir ki, hücum faktiki olaraq HƏMAS-a daha çox girovu azad etmək üçün təzyiq göstərə bilər”, deyə qəzet vurğulayır.

Nəşrin məlumatına görə, 16 günlük hava hücumundan sonra İsrail ordusu Qəzzada qurudan hücuma tam hazır olduğunu hökumətə çatdırıb. Ordu məqsədlərinə nail ola biləcəyinə inanır.

Rəsmilər bildiriblər ki, ABŞ İsraildən quru hücumunu dayandırmasını tələb etmir, lakin gözləməyi tövsiyə edir.

Xatırladaq ki, Qəzza zolağına nəzarət edən Fələstinin radikal HƏMAS qruplaşması oktyabrın 7-də İsrailin cənubuna hücum edib. İsrail Müdafiə Qüvvələri cavab olaraq HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb. Oktyabrın 19-da İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrail qoşunları tezliklə Qəzza zolağına daxil ola bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar