Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edib

İsrail Ordusu (İDF) Fələstinin HƏMAS hərəkatının təxribatlarından sonra Qəzza zolağında əməliyyatları bərpa etdiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun Telegram kanalındadakı bildirilir. Məlumatda Bakı vaxtı ilə saat 7:54-də İDF hava hücumundan müdafiə qüvvələrinin Qəzza zolağından atılan raketin qarşısını aldığını qeyd edilir.

“Həmas əməliyyat fasiləsini pozaraq İsrail ərazisinə atəş açıb. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında terror təşkilatı HƏMAS-a qarşı döyüş əməliyyatlarını bərpa edib”, deyə İsrail ordusunun Telegram kanalındakı mesajında bildirilir.

Yerli vaxtla səhər altı və yeddi radələrində Qəzza zolağından raket buraxılışı xəbərdarlığı sirenləri səslənib.

Qeyd edək ki, ötən gecə The Wall Street Journal qəzeti Misir rəsmilərinə istinadən iddia edib ki, İsrail və Həmas atəşkəsi daha bir gün uzatmağa razılaşıblar. Qəzetin mənbələrinin məlumatına görə, razılaşma çərçivəsində əksəriyyəti qadın və uşaqlardan ibarət daha 10 girov azad ediləcək.

Xatırladaq ki, atəşkəs razılaşması ötən cümə günü qüvvəyə minib. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə buna nail olunub. Razılaşma Qəzza zolağına humanitar yardımın çatdırılmasını və “bir girov üçün üç məhbus” formuluna əsasən israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini əhatə edirdi. İlkin razılaşmada dörd günlük atəşkəs nəzərdə tutulurdu, sonra razılaşma daha iki gün, daha sonra isə bir gün uzadıldı.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar