Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail Livanla sərhəddə döyüşə hazırlaşır

İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin Livanla sərhəddə hərbi əməliyyata hazırlaşdığını bildirib...

Poliqon xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Qalantin sözlərinə görə, hərbi personal və texnika İsrailin şimalına, Livan-İsrail sərhədinə köçürülüb. Nazir əmin edib ki, yaxın vaxtlarda hərbi əməliyyatlar başlayacaq.

Həmçinin İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti "Telegram" kanalına bildirib ki, Livanın "Hizbullah" qruplaşmasının mövqelərinə hədəfli zərbələr endirilib.

Oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı tərəfdarının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladılıb, onun məqsədi girovların qaytarılması və HƏMAS-ın tamamilə məhv edilməsi idi.

Yanvarın 15-də Qalant xalqa müraciətində bildirib ki, ölkənin müdafiə ordusu (IDF) Qəzza zolağının şimalında aktiv döyüş əməliyyatları mərhələsini başa vurub və yaxın gələcəkdə ölkənin cənubunda - Fələstin anklavında intensiv döyüşləri dayandırmaq niyyətindədir.

Nazir həmçinin Qəzza zolağının İsraili təhdid etməyən qüvvələrə əsaslanan Fələstin hökuməti tərəfindən idarə edilməli olduğu fikrini də ifadə edib.

Poliqon.info


Etiket: İsrail Livan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar