Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail embarqoya rəğmən Myanmadakı hərbi xuntaya silah satıb…

İsrail beynəlxalq silah embarqosuna baxmayaraq, 2021-ci ilin əvvəlində baş vermiş hərbi çevrilişdən sonra Myanma hakimiyyətinə 2022-ci ilin yazına qədər mülki əhaliyə qarşı istifadə oluna bilən hərbi texnika tədarükünü davam etdirib…

Poliqon xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti təchizat sənədlərinə və mənbələrə istinadən yazır.

Nəşrin əldə etdiyi sənədlər göstərir ki, İsrailin müdafiə konserni “Israel Aerospace Industries” (IAI) 2018-ci ildən 2022-ci ilin martına qədər Myanmaya ümumi çəkisi təxminən 250 ton olan ən azı 4 tədarük edib. Yükü qəbul edən şəxs Myanma Müdafiə Təchizat Təşkilatının rəhbəri olub. Göndərişlər çatdırılma sənədlərində “təyyarə hissələri” və “metal lövhələr” kimi qeyd edilib.

Nəşrin məlumatına görə, IAI Myanmada hakimiyyəti ələ keçirmiş hərbi xuntanı törəmə şirkəti “ELTA Systems” tərəfindən istehsal olunan təkmil radar sistemləri ilə də təchiz edib.

Bu illər ərzində Myanmaya hərbi texnika tədarük edən İsrail müdafiə şirkətləri arasında “Elbit Systems” konserni də var. Qəzet qeyd edir ki, bu şirkət avionika, dronların hissələri və qayıqlar üçün silahlar tədarük edib.

İsrailin “CAA Industries” şirkəti 2019-cu ildə Myanmaya milyonlarla dollar dəyərində silah istehsalı üçün avadanlıq satıb.

2021-ci il fevralın 1-də Myanmada hərbçilər ölkənin milli təhlükəsizliyinə təhdid yarandığı halda hakimiyyətin ötürülməsi üçün konstitusiya mexanizmindən istifadə edərək hakimiyyətə gəlib. Hərbi hakimiyyət keçmiş hakim partiyanı 2020-ci ilin noyabrında keçirilən parlament seçkilərində səsvermə və bülletenlərin hesablanmasında sui-istifadə və saxtakarlıq təşkil etməkdə ittiham edib. Sonradan korrupsiyada və dövlət sirri haqqında qanunları pozmaqda ittiham olunan mülki liderlər həbs olunub.

Hakimiyyət 2021-ci ilin əvvəlində baş verən küçə etirazlarını zorakılıqla yatırdıqdan sonra bir sıra hərbi idarəçiliyin əleyhdarları hakimiyyətə silahlı müqavimət göstərib və bu, ölkənin bir çox bölgələrində bu günə qədər davam edir. Müxalifətə keçmiş parlament üzvlərindən və keçmiş hakim Demokratiya Uğrunda Milli Liqa Partiyasının rəhbərliyinin üzvlərindən ibarət kölgə Milli Birlik Hökuməti rəhbərlik edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb

Ən çox oxunanalar