Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail aqressivləşir - Dünyada artıq bir anarxiya və xaos dönəmi başlayıb...

Trampın çarəsiz və dərbədədr halını görən Netanyahu vəziyyəti sonuna qədər istismar edir. Kukla Trampdır, onunla oynayan isə Netanyahu...

Soner Polad,
“Aydınlık” qəzeti, Türkiyə, 29 mart 2019-cu il

Şübhəsiz ki, İsrailin Suriya siyasətindəki əsas məqsədlərindən biri Qolan təpələrində beynəlxalq legitimliyi olan mütləq bir hakimiyyət yaratmaqdır. Bu səbəbdən, Suriyadakı müharibə ərzində işğal etdiyi bölgədə və Suriya sərhədləri içində qalan qonşu ərazilərdə terrorçulara böyük dəstək verib.

Qolan təpələrində İsrail oyunları

İsrail, İŞİD və digər terrorçu qruplaşmalar arasındakı iş birliyi BMT hesabatlarında da öz əksini tapıb. Bölgədə çalışan BMT müşahidəçiləri UNDOF (BMT Razılaşma Qüvvəsi) İsrailin terrorçulara tibbi yardım və ləvazimatlar göndərməsi ilə bağlı faktlarla və əyani şəkildə rəsmən BMT-ni məlumatlandırıb. Bu bölgələrdə (Quneytra-Dəra) İŞİD-in hava dəstəyini İsrail Hava Qüvvələri təmin edib. Suriya ordusu terrorçulara qarşı üstünlük qazandığı zaman İsrailin hava hücumlarına məruz qalıb.

İsrail bölgədə ona məhdudiyyət yaradan UNDOF-a qarşı açıq və ya qapalı hücumlar təşkil edib, UNDOF bazalarını günlərlə mühasirədə saxlayıb. Çox sayda BMT müşahidəçisi girov götürülüb. İsrailin məqsədi o idi ki, UNDOF-un oradakı vəzifəsi bitsin. Heç bir ciddi problemdə qərarlı ola bilməyən BMT əlavə tədbir görmək əvəzinə, 2014-cü ildə UNDOF-un Suriyadakı vəzifəsini sonlandırıb.

Beləliklə, məhdud şəkildə də olsa, İsrail onu izləyən və bölgədə baş verənlərin hesabatını tutan bir quruluşdan daha xilas olub. Lakin 2018-ci ildə UNDOF yenidən aktivləşdirilib.

Beynəlxalq hüquqa qarşı hücum

İsrail 1967-ci ildə Qolan təpələrini işğal etmişdi. Lakin beynəlxalq cəmiyyət bu işğalı heç bir zaman tanımayıb. BMT Təhlükəsizlik Şurası 1981-ci ildə bir qərar qəbul edib. 497 nömrəli bu qərar İsrailin etdiyi işğala qarşı konkret bir mövqe göstərib. Qərar qısaca belədir: “İsrailin işğalı altında olan Qolan təpələrində öz qanunlarını, məhkəməsini və idarəçiliyini tətbiq etməsi etibarsızdır və beynəlxalq hüquqi statusu yoxdur”. BMT-nin bu açıq hökmünə baxmayaraq, Trampın “Qolan qərarı” qlobal səviyyədə hüquq sisteminin iflas etdiyinin göstəricisidir. Dünyada artıq bir anarxiya və xaos dönəmi başlayıb.

Qolan qərarını Trampın imzalamasından sonra İsrailin Qəzzaya vəhşicəsinə hücum etməsi də bu dönəmlə bağlı hər şeyi deyir. Anarxiya dönəminin əsas günahkarları Netanyahu və Trampdır.

Tramp öz ölkəsi üzərində yaranmış təzyiqləri İsrail dəhlizinə söykənərək sovuşdurmaq istəyir. Trampın bu çarəsiz və dərbədədr halını görən Netanyahu isə vəziyyəti sonuna qədər istismar edir. Kukla Trampdır, onunla oynayan isə Netanyahu...

Trampın imza mərasimində Dövlət katibi Pompeo və Milli Təhlükəsizlik müşaviri Boltonun mimika və jestlərini diqqətlə izlədim. Hər ikisi də xoşbəxt görünürdü. Deyə bilərəm ki, bu iki şəxs özlərini ABŞ-dan çox İsrailə aid hiss edirlər...

Artıq ABŞ hökumətinin İsrailə tam olaraq təslim olduğunu irəli sürmək, görünür, çox da iddialı səslənmir!

Əlbir olan ərəb ölkələri

Başlanğıcda İsrail və ABŞ Suriyanın çökməyini dəyərləndirirdi. Qolan planını Vaşinqton və Təl-Əvivlə əlbir olan Əsəd sonrası Suriya hökuməti ilə həll etmək istəyirdi. Amma mövcud plan mümkün olmadıqda B planına keçdilər. Əvvəlcə ərəb dünyasındakı reaksiyalar yüngülləşdirilməli idi. Bu məqsədlə, uzun bir dönəm Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digər körfəz ölkələri üzərində işlədilər. İran və Türkiyəni təhdid etdilər və təəssüf ki, bu cəhdləri uğurlu oldu.

Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və digər ərəb dşvlətləri xaçlı-sionist zülmün içində bir fiqur olmağı seçdi. Utanc verici əlbir siyasətlər yürütdülər və tətbiq etdilər. Rəsmən Fələstin, Qəzza, Qüds, Qolan siyasətlərində ABŞ-İsrail cütlüyünün yolunu açdılar.

Tez-tez İslam dünyasının bölünməsindən bəhs edirik. Müsəlman dünyasını bölən əlbir ölkələr məhz bunlardır.

Konkret və ciddi siyasi kurs lazımdır

Qolan təpələri İsrail üçün bərəkətli bir kənd təsərrüfatı anbarıdırr. Eyni zamanda, zəngin su qaynaqları ilə bu ərazi Tanrının bir hədiyyəsidir. Həmçinin, burda təbii qaz ehtiyatları da mövcuddur. Yəni gördüyümüz odur ki, zəngin İsrail kasıb Suriyanın qaynaqlarını oğurlayır.

İqtisadi olaraq böyük fürsətlərlə dolu olan bu bölgə strateji və hərbi cəhətdən də həyati önəm daşıyır. Yüksək səviyyəli bu ərazi kimdə olsa, ona üstünlüklər qazandırar. Dəməşqdən 2 saatlıq məsafədədir. Bu səbəbdən, ABŞ-İsrail şər cütlüyünün bu tez-bazar işləri qəbul edilə bilməz. Dünya da bunu qəbul etməyib. Amma bu cür diplomatik ifadələrlə dəqiq bir nəticə alına bilməz!

Əsas məsələ bu reaksiyaların qlobal səviyyədə İsrail-ABŞ əleyhinə konkret siyasətə çevrilməsidir. Lakin əvvəlcə ərəb ölkələri və müsəlman ölkələrinin xalqları arasında bir ictimai diplomatiya irəli sürülməlidir. Qlobal səviyyədə müəyyən ölkələr liderlik etməlidir.

Əgər qarşılarında Türkiyə kimi möhkəm dayanan və qərarlı olan 2-3 önəmli ölkə daha olsa, ABŞ-İsrail cütlüyünün mövcud siyasəti davam edə bilməz. Halva-halva deməklə ağzını şirin etməyə çalışanlar həqiqəti görməlidirlər.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar