Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrəvanda Azərbaycan bayrağının yandırılması fonunda iki xalq arasında olan barışıq imkanları...

Aram Nikolyanın İrəvan polisi tərəfindən sərbəst buraxılması bir daha da göstərir ki, Ermənistanda bu cür vandal hərəkətlər ən yüksək səviyyədə dəstəklənir...

Siyasi-şərhçi: “Aram Nikolyan adlı erməni dizayneri və stilistinin Azərbaycan bayrağını yandırması barbarlıqdır”.

“Bu insidentdə ermənilərlə yanaşı Rusiyanın əlinin olması istisna deyil”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli İrəvanda Azərbaycan bayrağının yandırılması fonunda iki ölkə arasındakı barışıq imkanlarını Poliqon-a şərh edərkən qeyd edib.

İrəvanda bayrağımızı yandıran Aram Nikolyanın İrəvan polisi tərəfindən sərbəst buraxılması bir daha da göstərir ki, Ermənistanda bu cür vandal hərəkətlər ən yüksək səviyyədə dəstəklənir və mükafatlandırılır. Eyni zamanda polis idarənin qarşısına Nikolyanı dəstəkləyənlərin toplaşması və cəzasız qalan “qəhrəmanı” təbrik etmələri də göstərir ki, İrəvanda Nikolyan təfəkküründə olanlar çoxdur.

Mötəbər beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması fonunda iki ölkə və iki xalq arasında barışıq imkanlarını necə dəyərləndirmək olar?

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Aram Nikolyanın polis tərəfindən qısa müddət saxlanılılıb və daha sonra sərbəst buraxılmasına, bu əlbətdəki, Ermənilərin bir daha qanunlara və beynəlxalq aləmdəki öhdəliklərinə uymamasının bariz göstəricisidir”.

Azərbaycan hakimiyyətinin bu məsələni beynəlxalq ictimayətdə qaldırmaqla yanaşı sülh prosesinin sürətlənməsi üçündə təziqlərini artırmalı olduğunu qeyd edən ekspert bildirib ki, bu prosesin uzanması , bizim əleyhimizədə ola bilər:

“Aram Nikolyan adlı erməni dizayneri və stilistinin Azərbaycan bayrağını yandırması barbarlıqdır. Bu hərəkətdən sonra Azərbaycan nümayəndə heyətinin mərasimdən ayrılmasını yerində verilmiş doğru addım hesab edirəm.

O ki qaldı, Aram Nikolyanın polis tərəfindən qısa müddət saxlanılılıb və daha sonra sərbəst buraxılmasına, bu əlbətdəki, Ermənilərin bir daha qanunlara və beynəlxalq aləmdəki öhdəliklərinə uymamasının bariz göstəricisidir. Hətta, bayrağımızı yandıran Aram Nikolyanın Ermənistan Ermənistan baş nazirinin ailəsinə yaxın olduğu bildirilir. Bu cür vandal hərəkətlər bir daha ermənilərin iç üzlərini açmaqla yanaşı, bizlərə onlar ilə birgə sülh içində yaşamağın mümkünsüzlüyünü göstərir.

Azərbaycan bayrağına hörmətsizlik göstərmək Azərbaycan xalqının milli hisslərinə toxunmaqdır. Bu hüquqdan və əxlaqdan kənar addım Ermənistanın beynalxalq aləmi və insan haqlarını heçə saymasının daha bir daha göstəricisidir.

Kamran Məmmədli: “Bayrağımızı yandıran Aram Nikolyanın Ermənistan Ermənistan baş nazirinin ailəsinə yaxın olduğu bildirilir”.

Bundan sonraki proses gəlincə, hesab edirəm ki, sülh prosesinin yenidən nizama düşməsi əlbətdə, bizim əvvəlcədən qoyduğumuz şərtlərin yerinə yetirilməsi ilə mümkündür. Bu hadisənin kəskin şəkildə prosesə təsir edəcəyini düşünmürəm. Bu hadisə daha çox yeni gündəmin yaranmasına və sülh prosesinin ləngiməsinə xidmət edir.

Bu insidentdə ermənilərlə yanaşı Rusiyanın əlinin olması istisna deyil. Bildiyiniz kimi , bölgədə daim artan gərginlik və sülh sazişində ABŞ və Qərbin aktiv iştirak etməsi Rusiyanı ciddi narahat edir. Bu səbəbdən bucür insidentlərlə prosesi pozmaqda maraqlı olan ölkələrdən biridə Rusiyadır.

Hər bir halda, Azərbaycan hakimiyyəti bu məsələni beynəlxalq ictimayətdə qaldırmaqla yanaşı sülh prosesinin sürətlənməsi üçündə təziqlərini artırmalıdır. Çünki bu prosesin uzanması , bizim əleyhimizədə ola bilər. Nəzərə alsaq ki, 14 May tarixində Türkiyədə prezident seçkiləri keçiriləcək. O vaxta qədər Ermənilərin prosesi uzatması heçdə bizim xeyrimizə olmaya bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Ən çox oxunanalar