Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İraq ordusu Mosul aeroportunu ələ keçirib


Ötən ay şəhərin şərq hissəsi İD döyüşçülərindən azad edilib


Şəhərin qərb hissəsinin azad edilməsi istiqamətində əməliyyatlar isə ötən həftə başlanıb.

ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın dəstəyilə hərbi əməliyyatlar aparan İraq ordusu Mosul şəhərindəki aeroportu ələ keçirib. Şəhərin qərb hissəsi özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın nəzarətindədir.

BBC müxbiri Quentin Sommerville-nin verdiyi məlumata görə, aeroportun uçuş zolağı demək olar ki, İD döyüşçüləri tərəfindən tamamilə dağıdılıb.

Ordunun aeroport ərazisinə nəzarəti İD-nin cənubdan dəstək almaq imkanlarını məhdudlaşdıra bilər.

Mosulun şərq hissəsi İD döyüşçülərindən ötən ay azad edilib.
Şəhərin qərb hissəsinin azad edilməsi istiqamətində əməliyyatlar isə ötən həftə başlanıb. Hərbçilər artıq şəhərin cənubundakı bir neçə kəndi azad etdiklərini deyirlər.
Ötən ilin oktyabr ayında Mosulun İD döyüşçülərindən təmizlənməsi istiqamətində başlanan hərbi əməliyyatlar nəticəsində şəhərin şərq rayonları azad edilmişdi.

Bir neçə həftə sonra pis hava şəraitinə görə hərbi əməliyyatlar dayandırıldı. Ötən ilin dekabrında isə Iraq rəhbərliyi əməliyyatların ikinci hissəsinin başlandığını elan etdi.
100 mindən çox Mosul sakini evlərindən didərgin düşüb.

BMT nümayəndələri xəbərdarlıq edir ki, ordu şəhərin dərinliklərinə irəlilədikcə evini tərk edənlərin sayı da artacaq. (milli.az)

pia.az  


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ən çox oxunanalar