Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranının rəhbərliyi altında “şiə ayparası”nın regionda böyük müharibə başlatmaq imkanları varmı?

İranın Xarici İşlər naziri Hüseyn Əmir Hüseyn Abdullahiyan Livanın paytaxtı Beyruta səfər edərək “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullahla görüşüb...

Politoloq: “İran XİN-nin Livana səfərinin əsas səbəbi “Hizbullah”ın lideri ilə bu təhlükəli məqamları müzakirə etmək olub. Məsələ ondadır ki, İran ehtiyat edir ki, İsrailin “Hizbullah”ı da yox etmək planları olduğu üçün məqsədli şəkildə “Hizbullah”ı müharibəyə cəlb edə bilər”.

“Yaxın Şərqdə başlanan geosiyasi proseslər maraqlı ölkələri bu proseslərdə maksimum ehtiyatlı olmağa vadar edir”.

Bu sözləri politoloq Azər Qasımov İranın xarici işlər nazirinin “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullahla görülməsini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, İranın Xarici İşlər naziri Hüseyn Əmir Hüseyn Abdullahiyan Livanın paytaxtı Beyruta səfər edərək “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullahla görüşdü. O da məlumdur ki, İsrail Qəzzada fəallaşıb, konkret şəkildə ABŞ-dan gələn xəbərdarlıqlara heç bir məhəl qoymadan Qəzzanı bombalayır. Eyni zamanda İsrail indi də Misirlə sərhədə qoşun yığaraq bu bölgədə əməliyyat planlaşdırır. Misir və Türkiyə son günlər yaxınlaşıb, İsrailə qarşı birgə addımlar müzakirə edilir. ABŞ İsraillə verdiyi dəstəyi demək olar ki, kəsib. Netenyahu hökumətinə qarşı təzyiqlər çox güclüdür.

Belə bir vaxtda İranın baş diplomatının regiona səfər edərək İsrailə düşmən ən böyük təşkilatın rəhbərindən görüşməsi nədən xəbər verir? Demək olarmı ki, İran regionda İsrail əlehinə yaranmış vəziyyəti dəyərləndirmək istəyir? Ümumiyyətlə, İranının rəhbərliyi altında “şiə ayparası”nın regionda böyük müharibə başlatmaq imkanları varmı?

Yaxın Şərqdə baş verən prosesləri Poliqon-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Nə qədər də “Hizbullah” İsraillə mübarizə və ona təzyiq üçün yaradılıbsa belə, İran yaxşı başa düşür ki, İsrailə qarşı atılacaq hər hansı addımın cavabı İrana veriləcək”.

İranın “şiə ayparası” siyasətinin son nəticədə onu vuracağının mütləq olduğunu vurğlayan politoloq Poliqon-a bildirib ki, İran bu siyasət sayəsində bütün gücünü proksi hərbi birliklərin formalaşmasına sərf etdiyindən ordusunun hazırlığı və gücü göstərilməyə çalışıldığı kimi yüksək deyil:

“Yaxın Şərqdə başlanan geosiyasi proseslər maraqlı ölkələri bu proseslərdə maksimum ehtiyatlı olmağa vadar edir. Hamı yaxşı başa düşür ki, başlanılan proseslərin sonunda tamamı ilə məhv olmaq qorxusu da vardır. İranın proseslər başlayandan bu günə kimi hərəkətləri belə deməyə əsas verir. Hizbullahın yaradıcısı kimi İranın son hadisələrdə “Hizbullah”ı aktiv şəkildə İsraillə qarşıdurmadan çəkindirdiyi də görünür. Hər nə qədər “Hizbullah” İsraillə mübarizə və ona təzyiq üçün yaradılıbsa belə, İran yaxşı başa düşür ki, İsrailə qarşı atılacaq hər hansı addımın cavabı İrana veriləcək.

Hesab edirəm ki, İran XİN-nin Livana səfərinin əsas səbəbi də “Hizbullah”ın lideri ilə bu təhlükəli məqamları müzakirə etmək olub. Məsələ ondadır ki, İran ehtiyat edir ki, İsrailin “Hizbullah”ı da yox etmək planları olduğu üçün məqsədli şəkildə “Hizbullah”ı müharibəyə cəlb edə bilər. Bu zaman Yaxın Şərq geri dönməz müharibə ocağına çevrilər. Odur ki, İran özünü sığortalamaq istəyir.

Azər Qasımov: “Misir və Türkiyə açıq şəkildə İsraillə qarşıdurmaya getməz. Çünki onlar hadisələrin pərdəarxasında nə baş verdiyini yaxşı bilirlər”.

Misir və Türkiyənin İsrailə qarşı addımlar atacağına ehtimal vermirəm. Məsələ ondadır ki, İsrail artıq demək olar ki, Qəzzada böyük ölçüdə öz işini görüb. İndi Misirlə Rifah qapısını həll etmək istəyir ki, fələstinlilər Sinay çölünə köçkün. Misir sərhəddə divar çəkərək buna mane olmağa çalışır. ABŞ-ın İsrailə dəstəyinin kəsilməsi məsələsi isə nisbi xarakter daşıyır. ABŞ görüntüdə İsrailin hərbi addımlarından narahat kimi olduğunu göstərir, amma ciddi bir ehtiyac halında mütləq İsrailin yanında olacaq. Misir və Türkiyə açıq şəkildə İsraillə qarşıdurmaya getməz. Çünki onlar hadisələrin pərdəarxasında nə baş verdiyini yaxşı bilirlər.

İranın “şiə ayparası” siyasətinin son nəticədə onu vuracağı mütləqdir. İran bu siyasət sayəsində bütün gücünü onların formalaşmasına sərf etdiyindən ordusunun hazırlığı və gücü göstərilməyə çalışıldığı kimi yüksək deyil. Əgər SEPAH-ın proksi qüvvələr yox edilsə, İranın sərhədləri güclü təzyiqlərə məruz qalacaq ki, bu da İranın daxilindəki milli oyanış qüvvələrini daha da aktivləşdirəcək. Bu isə İrana lazım deyil. Odur ki, “şiə ayparası”nın İran rəhbərliyinin təkidi ilə regionda müharibə başlatmaq imkanları onların özlərinin yox olmaq təhlükəsinə görə yox səviyyəsindədir və olacağına ehtimal vermək olmaz”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

Ən çox oxunanalar