Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın “Zəngəzur dəhlizi” planı... - Tehran bu dəhlizi öz ərazisindən keçirməklə hansı məqsədlər güdür?

Türkiyənin nəqliyyat və infrastruktur naziri deyib ki, “Zəngəzur dəhlizi”nin İrandan keçməsi də müzakirə oluna bilər...

Politoloq: “Təbii ki, İran öz ərazisindən bu dəhlizin keçməsinə çoxdan razıdır. Bu təqdirdə İran yaxşı başa düşür ki, İranın əhəmiyyəti tək bölgə ölkələri üçün yox, dünya iqtisadiyyatı üçün artacaq”.

Ermənistandan keçəcək “Zəngəzur dəhlizi”nin məhz dəhliz, yoxsa yol statusunda olması məsələsinin dəqiqləşdirilməsi gələcək planların həyata keçirilməsini labüd edəcək. Azərbaycan dəhliz statusunun üstündə israrlı olmalıdır”.

Bu sözləri politoloq Azər Qasımov Türkiyənin nəqliyyat və infrastruktur nazirinin “Zəngəzur dəhlizi” haqqındakı son fikirlərini Poliqon-a şərh edərkən qeyd edib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə açıqlaması zamanı deyib ki, “Zəngəzur dəhlizi”nin İrandan keçməsi də müzakirə oluna bilər. Nazirin bu açıqlaması dəhlizin açılması ilə bağlı Ermənistanın rolunun əslində özlərinin düşündükləri qədər önəmli olmadığını bir daha ortaya qoyub.

Bəs “Zəngəzur dəhlizi”ndən Ermənistan kənarda olması ümumilikdə Cənubi Qafqazın yenidən formalaşmaqda olan geosiyasi formatına necə təsir edə bilər? Digər tərəfdən, “Zəngəzur dəhlizi”nin Ermənistan ərazisindən keçməsinə qarşı olan İran bu dəhlizi öz ərazisindən keçirməklə hansı məqsədlər güdür?

İranın “Zəngəzur dəhlizi” ilə bağlı yeni planını Poliqon-un əməkdaşı politoloq Azər Qasımovla müzakirə edib.

Azər Qasımov: “İran ərazisindən Türk dünyasını birləşdirəcək dəhliz o zaman keçə bilər ki, İranın ərazisində Cənubi Azərbaycan dövləti qurulsun”.

Beynəlxalq güclərin İran rejiminin dəyişdirilməsi ilə əlaqəli fəaliyyətinin də məlum olduğunu xatırladan politoloq Poliqon-a bildirib ki, bu geosiyasi durumda indiki İran rejiminə arxayın olub, onun əlini gücləndirəcək dəhlizin İrandan keçməsinə razı olmaq, gələcək proseslərdə uduzmağa bərabər addım olacaq:

İranın formalaşmaqda olan yeni dünya düzənində indiki halı ilə yerinin olmadığı məlumdur. Dünya düzəni İran kimi terrorçu mahiyyətli ölkələrlə yenidən şəkillənə bilməyəcək. Beynəlxalq güclərin İran rejiminin dəyişdirilməsi ilə əlaqəli fəaliyyəti də məlumdur. Bu geosiyasi durumda indiki İran rejiminə arxayın olub, onun əlini gücləndirəcək dəhlizin İrandan keçməsinə razı olmaq, gələcək proseslərdə uduzmağa bərabər addım olacaq. İran ərazisindən Türk dünyasını birləşdirəcək dəhliz o zaman keçə bilər ki, İranın ərazisində Cənubi Azərbaycan dövləti qurulsun. Bu fikrə uyğun hərəkət etmək, geosiyasi baxımdan gələcəyə yönəlik doğru addım olacaq.

Təbii ki, İran öz ərazisindən bu dəhlizin keçməsinə çoxdan razıdır. Bu təqdirdə İran yaxşı başa düşür ki, İranın əhəmiyyəti tək bölgə ölkələri üçün yox, dünya iqtisadiyyatı üçün artacaq. Bu durumda İran molla rejimi öz dayaqlarını möhkəmləndirəcək. Tək Türk dünyasını yox, digər iştirakçı dövlətləri də özündən asılı vəziyyətə salacaq, nəzarət edəcək.

Ermənistandan keçəcək “Zəngəzur dəhlizi”nin məhz dəhliz, yoxsa yol statusunda olması məsələsinin dəqiqləşdirilməsi gələcək planların həyata keçirilməsini labüd edəcək. Azərbaycan dəhliz statusunun üstündə israrlı olmalıdır. Bu, mümkün məsələdir. İstər razılıq, istər təzyiq, istərsə də təzminat qarşılığında bu məsələ status şəklində həll edilməlidir. Tarixi şərait bunu mümkün edir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb

Qətlə yetirilən tələbə barədə detallar: Könül sonuncu telefon danışığını kiminlə edib? - Video

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - Yenilənib

Bakıda 15 yaşlı qız özünü binadan atdı: Hadisə yerindən görüntülər - Video

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - Rəsmi

Ən çox oxunanalar