Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın yeni vasitəçilik cəhdii - Tehranın münaqişənin həllinə tövhə vermək imkanı varmı?

Iran Ermənistana Azərbaycan torpaqlarından çıxmaq üçün təzyiqlər edə bilərmi?..

Sülhəddin Əkbər: “İndiki halda İranın vasitəçilik təşəbbüsünun hər hansı uğur gətirəcəyini və yaxud da vasitəçiliyinin baş tutacağını düşünmürəm”

Minsk qrupu üzvlərinə alternativ üçlük yaratmaq təşəbbüsü olarsa, bu halda İranın real şəkildə prosesə qoşulma ehtimalı ortaya çıxa bilər”.

Bu sözləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər İran İslam Respublikası xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçinin Bakı səfərinin gözlənilən nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi İran İslam Respublikası xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçıl Bakıya gəlib.

Onu Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar.

İran nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının rəsmiləri ilə görüşü regional məsələləri, o cümlədən Azərbaycan Respublikası ilə Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə edəcək.

İran xarici işlər naziri müavininin regional sədəri çərçivəsində Ermənistan, Türkiyə və Rusiyaya da səfəri planlaşdırılır.

Minsk qrupunun üzvü olmayan İranın bu cəhdlərini necə dəyərləndirmək olar? İran münaqişənin sülh yolu ilə həllinə hər hansı bir töhvə verməyə qadirdirmi və Tehran Ermənistana Azərbaycan torpaqlarından çıxmaq üçün təzyiqlər edə bilərmi? Həmçinin İranın bu cəhdi ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa tərəfindən qısqanclıqla qarşılana bilərmi?

Bütün vu sualları PİA.az-ın əməkdaşı Azad Demokratlar Partiyasının sədri, Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbərinə üncanlayıb.

Sülhəddin Əkbər: “Türkiyənin proseslərə bu qədər müdaxilə etməsinə rəğmən, Ankaranın vasitəçiliyi müqavimətlə qarşılanır”.

İranın yeni bir oyunçu kimi proseslərə qoşulmasının Moskvanın təşəbbüs ilə mümkünlüyünü düşünən Sülhəddin Əkbər PİA.az-a açıqlamasında bildirib ki, Moskva Qarabağ cəbhəsində də Astana formatına uyğun bir formatla çıxış etməyə çalışır:

“Birincisi nəzərə almaq lazımdır ki, İran bölgənin aparlcı gücə sahib olan ölkəsidir və İranın bu təşəbbüsləri yeni deyil. Məlumdur ki, İranın öncəki təşəbbüsləri uğursuzluqla nəticələnib. İndiki halda da İranın vasitəçilik təşəbbüsünun hər hansı uğur gətirəcəyini və yaxud da vasitəçiliyinin baş tutacağını düşünmürəm. Çünki indiki halda Türkiyənin proseslərə bu qədər müdaxilə etməsinə rəğmən onun vasitəçiliyi müqavimətlə qarşılandı.

Sülhəddin Əkbər: “Bu yalnız o halda mümkün ola bilər ki, Moskva təşəbbüs göstərsin və Astana formatına uyğun bir formatla çıxış etsin”.

Belə olduğu halda tamamilə yeni bir oyunçunun, xüsusilə də Minsk qrupunun tərkibini nəzərə alanda Tehranın oyuna buraxılmasını çox az ehtimall verirəm. Bu yalnız o halda mümkün ola bilər ki, burada Moskva təşəbbüs göstərsin və Astana formatına uyğun bir formatla çıxış etsin. Yəni Minsk qrupu üzvlərinə alternativ üçlük yaratmaq təşəbbüsü olarsa, bu halda İranın real şəkildə prosesə qoşulma ehtimalı ortaya çıxa bilər. Əks halda indiki şərtlərdə Tehranın münaqişədə vasitəçi kimi çıxış etməsi çox az ehtimal olunandır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar