Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Sistani problemi - Nəcəf-Tehran qarşıdurması böyüyür...

Sistanini dəstəkləyən qruplarla İranın dəstəklədiyi qruplar arasındakı ziddiyyətlərin mənbəyi haradan gəlir?

“The Independent” qəzeti, 14 dekabr 2020-ci il

Nəcəfdəki elm mərkəzinin İraq dövlətinə bağlı hərbi təşkilat olan Həşdi Şəbi heyətindən ayrılmaq istəməsi şiə dini rəhbərliyi Əli əs-Sistaniyə bağlı olan “Haşdul Atabat” qrupları ilə İran tərəfdarı qruplar arasında illərdir davam edən qarşıdurmanı yenidən üzə çıxarıb. Həşdi Şəbi heyəti içərisində İranın dəstəklədiyi qanad ilə Nəcəfdə yaşayan, Sistanini dəstəkləyən qruplar arasında get-gedə böyüyən bir uçurum yaranıb. Sistanini dəstəkləyən 4 qrupun adları belədir: İmam Əli Diviziyası, Abbas əl-Qitaliyyə Diviziyası, Əli Əkbər Briqadası və Ənsar əl-Mərcəiyyə.

“Haşdul Atabat” olaraq tanınan bu 4 qrupun təxminən 20 min döyüşçüsü var. Bu qruplar ilk konfranslarını 1-3 dekabr tarixlərində Bağdadın cənubundakı iki şəhərdə “Haşdul Atabat: Fətvanın və dövlət inşasının qoruyucusu” başlığı ilə həyata keçiriblər.

3 gün davam edən konfransda iştirakçılar “Haşdul Atabat”ın legitimliyi ilə bağlı iki mənbəini önə çıxarmağa çalışıblar. Bu mənbələrdən birincisi “İraqçılıq” kimliyi ilə, digəri isə İraq şiələrinin ən tanınmış dini lideri olan Əli əs-Sistaninin göstərişlərinə sadiq qalmaqla təsvir edilib. Konfransın sözçüsü Hazım Səhr AFP-yə verdiyi açıqlamada: “““Həşdi-Şəbi”nin əsli “Haşdul Atabat”dır. Onlar İraq qanunlarına və dini qurumun tövsiyələrinə tabedirlər. Əl-Hüseyniyə və əl-Abbasiyədəki iki qanuni vəkilin göstərişinə əsasən çalışırlar”, deyib.

Ən böyük “Haşdul Atabat” qrupu olan Abbas əl-Qitaliyyə Diviziyasının komandiri Meysəm əz-Zeydi konfransda millətçilik və islahatların hakim olduğu bir çıxış edib. Zeydi: “Haşdul Atabat”ın qurulmasının əsas səbəbləri vətənə xidmətin təkmilləşdirilməsidir”, deyib.

Əli Əkbər Briqadasının Komandiri Əli Əl-Həmədani isə öz çıxışında konfransa yalnız Sistaninin tövsiyələri ilə verilən cihad fətvasından sonra bu fətvaya sadiq qalan qrupları daxil etdiyini bildirib.

Şiə silahlı təşkilatları sahəsində mütəxəssis olan Həmdi Malik AFP-yə verdiyi açıqlamada “Haşdul Atabat”ın “Həşdi-Şəbi”dən ayrılma müddətini artıq sürətləndirdiyini söyləyib. Malik: ““Haşdul Atabat” konfransda gündəmə gəldi və bu prosesi (ayrılma) sürətləndirmək istəyir”.

2014-cü ildə Sistani ölkənin 1/3-nə nəzarət edən İŞİD-in daha da yayılmasının qarşısını almaq üçün iraqlıları mübarizəyə təşviq etmək məqsədilə “cihad fətvası” verdikdən sonra “Həşdi-Şəbi” quruldu. Sistaninin çağırışı ilə mövcud silahlı və yeni qurulan təşkilatlar birləşdi. “Haşdul Atabat” da bunların biri idi. Bu böyük silahlı qruplaşma İraq ordusu ilə birlikdə İŞİD-ə qarşı vuruşurdu. Lakin 2016-cı ildən bəri Həşdi-Şəbi daxilində qarşıdurmalar meydana çıxmağa başlayıb.

Qarşıdurmalar 3 istiqamətdə gedir

Malikin sözlərinə görə, bu qarşıdurmalar 3 istiqamət ətrafında baş verir. Onun fikrincə, ilk qarşıdurmanın səbəbi “Haşdul Atabat” qruplarının qaynaqlardan məhrum olmasıdır. “Haşdul Atabat” bu işdə günahkarın keçən ilin yanvar ayında Bağdad Hava Limanında iranlı General Qasım Süleymanini müşayiət edərkən ABŞ-ın hava hücumunda öldürülən “Həşdi-Şəbi” heyətinin sədr müavini Əbu Mehdi əl-Mühəndis olduğuna işarə edib. “Haşdul Atabat” Mühəndisi hərbi sursat və maaşların bölünməsində Tehranın dəstəklədiyi qruplara üstünlük verməkdə günahlandırmışdı.

Tehranın dəstəklədiyi “Əl-Haşdul Vəlai” qrupları

Malikin fikrincə, daha dərin olan ikinci problem isə qonşu ölkə İranla münasibətlərdəki “ideoloji bölünmə” ilə bağlıdır. “Həşdi-Şəbi” 2014-cü ildə qurulmadan əvvəl də İran bəzi təşkilatlara da dəstək verirdi. “Əl-Haşdul Vəlai” adı isə “Həşdi-Şəbi” daxilindəki İran tərəfdarı olan qruplar üçün istifadə olunurdu. Bu ad isə sözügedən qrupların öz əlaqələrində Tehrana deyil, Bağdada üstünlük verməsinə əsaslanır.

Konfrans iştirakçıları İranı birbaşa tənqid etməməyə çalışsalar da, xaricdən asılı olmaqdan imtina etdiklərini də açıq şəkildə bildiriblər. Hazım Səhr: “Xarici müdaxilə təhlükəli bir mövzudur. Xarici aktyorları izləyən və ya dövlətin çərçivəsindən çıxan qruplar bizim mövqeyimizdən çox uzaqdadırlar”, deyə qeyd edib.

Sistani konfransı açıq şəkildə dəstəkləməyib

Sistani konfransı açıq şəkildə dəstəkləməsə belə, İranın təsiri ilə bağlı narahatlığı ictimaiyyətə məlumdur. Malik Sistaninin razılığı olmadan belə bir konfransın keçirilə bilməyəcəyini vurğulayıb. “The Century Foundation”dan olan tədqiqatçı Sacid Cəyyad: “Onlar üçün (Haşdul Atabat) və Sistani üçün ən vacib məsələ bu quruluşu yaşadığı müddətdə birlik içində saxlamaqdır”, deyir.

Malikin sözlərinə görə, üçüncü ixtilafın mənbəyi isə siyasi prosesə cəlb olunma ilə bağlı müzakirələrdir. Əslində, Haşdul Atabat qrupları Həşdi-Şəbini siyasi prosesə cəlb etməkdən imtina edirlər. Malik: “Sistani “Həşdi-Şəbi” üzvlərinin siyasətə girməməsi üçün açıq göstəriş verdi. Ancaq “Həşdi-Şəbi” daxilində İranın dəstəklədiyi qruplar Fəth Koalisiyası qurdj və 2018-ci il ümumi seçkilərində iştirak etdilər”, deyir. Məclisin ikinci ən böyük koalisiyası olan Fəth bir çox nazirlikdə geniş miqyaslı nüfuza malikdir.

“Haşdul Atabat” siyasətə girməyəcək

2021-ci ilin iyun ayında keçiriləcək erkən seçkilər də yaxınlaşarkən “Haşdul Atabat” Sistaninin tövsiyələrini dinləyərək siyasətə girməyəcəyini bir daha vurğulayıb. Kərbəlada yerləşən Əl-Atabetül Abbasiyənin Mətbuat və Kommunikasiya Şöbəsinin müdiri Müştaq Abbas Maan, “Haşdul Atabat” ünsürlərinin siyasi fəaliyyətlərdə iştirakına və ya partiya üzvü olmasına icazə verilmədiyini, ancaq namizəd kimi deyil, seçici kimi seçki prosesinə daxil ola biləcəklərini söyləyib. Tədqiqatçı Sacid Cəyyadın sözlərinə görə, “Həşdi-Şəbi” daxilindəki iki blok arasında şiddətli bir qarşıdurmanın baş verməsi uzaq ehtimaldır, lakin əgər iki tərəf ayrılsa, vəziyyət ciddi nəticələrə gətirib çıxara bilər.

“Haşdul Atabat” öz qruplarını Həşdi-Şəbi xaricində idarə etmək üçün lazımi hüquqi çərçivəyə sahib deyil. Bundan əlavə, “Haşdul Atabat”tın Baş Nazirliyə bağlı olmasını nəzərdə tutan hökumət qərarının icrasında da gecikmələr yaranıb.

Konfransdakı çıxışında Maan Baş nazir Mustafa əl-Kazimini “Haşdul Atabat”ı Baş Nazirliyə və Silahlı Qüvvələrin Baş Komandanlığına bağlamaq qərarını ən qısa müddətdə həyata keçirməyə və “Həşdi-Şəbi” ilə əlaqəsini dayandırmağa çağırıb. Maan, həmçinin, “Haşdul Atabat” qruplarının “Həşdi-Şəbi”dən çəkiləcəyi təqdirdə, digər qrupların, yəni İran tərəfdarı olan “Əl-Haşdul Vəlai” qruplarının “Həşdi-Şəbi”ni hərbi və siyasi obyektləri ilə inhisara alacaqlarından narahat olduğunu bildirib.

Sünni döyüşçülərdən ibarət olan “Haşdul Aşairi” də “Həşdi-Şəbi”dən ayrıla bilər

“Şarkul Avsat”ın verdiyi xəbərə görə, “Haşdul Atabat”ın həmlələri İranla əlaqədə olan qrupları narahat edir. AFP İranla əlaqəli qrup liderlərinin bu mövzuda danışıq tələblərini rədd etdiklərini bildirir. İran tərəfdarı olan “Əsaib Əhlil Hak” qrupunun lideri Kays əl-Hazəli keçən ay İraq dövlət televiziyasında bir proqrama çıxaraq Sistani qruplarının “Həşdi-Şəbi”dən ayrılmasından sonra sünni döyüşçülərdən ibarət “Haşdul Əşairi”nin də geri çəkilə biləcəyi bildirib. Onun sözlərinə görə, bu, “Həşdi-Şəbi”nin sonu ola bilər.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Politoloq: ABŞ tarixi dəyişikliklər astanasındadır...

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Politoloq: Ermənistanda nə olursa olsun, keşiş bu proseslərin lideri olmayacaq...

Britaniya səfirliyindən Azərbaycan lideri ilə bağlı paylaşım: "Hər şeyin təzəsi, dostun köhnəsi"

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Podolyak: Rusiyanın məğlubiyyəti təkcə Ukraynanın 1991-ci il sərhədinə çatması ilə bağlı deyil

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Husilər Təl-Əvivi vurub, partlayış nəticəsində bir nəfər ölüb

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

İcra başçısı 1-ci dərəcəli Vətən müharibəsi əlilini evində ziyarət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay