Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın sabiq səfiri: Biz Ermənistana silah veririk və Azərbaycanı cazalandıracağıq

Biz İsraillə əməkdalıq etməsəydik, o zaman doğrudan intihara qərar vermiş bir xalq olardıq. Çünki bu halda özümüzü fars və ermənilərə təslim etmiş olardıq…

İran suveren dövlətdir və istədiyi şəxsə pilotsuz təyyarələr sata bilər. Ermənistan tərəfinin pilotsuz təyyarələr alması heç də onların Azərbaycana qarşı istifadə olunacağı anlamına gəlmir”.

PİA.az xəbər verir ki, bunu İranın Livandakı keçmiş səfiri Xanızadə Ermənistana pilotsuz təyyarələr verməsi ilə bağlı xəbərləri İSNA agentliyinə şərh edən  deyib.

Eyni zamanda, Xanızadə ermənilərə pilotsuz təyyarələrin verilməsini Azərbaycanın İsraildən silah alması ilə əsaslandırıb:

“Əliyev sionist rejimdən, Qərbdən və ABŞ-dan bütün növ silahları alır, hətta onlara öz ərazisində hərbi bazalar da verir ki, bu da İranın milli təhlükəsizliyinə ciddi təhlükədir”, deyə keçmiş səfir vurğulayıb.

Sabiq səfir qeyd edib ki, Azərbaycan prezidenti guya İranı təhdid edir:

“Türkiyə, ABŞ və sionistlərin” dəstəyinə arxalanaraq, həmçinin “Ermənistan üzərində kiçik qələbədən məst halda İranı təhdid etmək qərarına gəlib, lakin o, xatırlamalıdır ki, İranın səbri hüdudsuz deyil, onu ağır cəza gözləyə bilər”, deyə Xanızadə bildirib.

Redaksiyadan: Qeyd edək ki, sabiq səfir Xanızadənin bu açıqlaması əslində Tehranın növbəti dəfə öz masakasını çıxarması kimi dəyərləndirmək olar. Ancaq bizə müsəlman və şiə qardaşı deyərək, bizim qələbəmizdən qara geyinənlər Ermənistanı silahlandırmaqla öz məqsədlərinə nail ola bilməyəcəklər.

İran-Azərbaycan sərhədində 30 il müddətində at oynadan ermənilərə Tehranın verdiyi dəstək fonunda Azərbaycanın da İsraillə əməkdaşlıq etməsi çox təbiidir və bunun əksi olsaydı, o zaman doğrudan intihara qərar vermiş bir xalq olardıq. Çünki bu halda özümüzü fars və ermənilərə təslim etmiş olardıq.

Sabiq sədrin “cəza” ilə bağlı sərsəmləməsinə gəlincə, bu cəzanı kimin kimə verəcəyini zaman göstərəcək. Və Allahın kimi cəzalandırdığı da, o gün bəlli olacaq…

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay