Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın əsl siması: Hüseyn Əmir Abdullahiyan...

Abdullahiyan Xamenei və İbrahim Rəisiyə yaxın bir simadır. Eynilə onların üslubunda danışır....

Sevsen Şair
“Şarkul Avsat” qəzeti, 26 dekabr 2021-ci il

Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın təmsil etdiyi İranın xarici siyasəti Tehran reallığı ilə tamamilə üst-üstə düşür. Tehran artıq Zərifin nümayiş etdirdiyi kimi saxta liberal ilə üz-üzə deyil.

Abdullahiyan ABŞ-ın özünü İranın “mötədil” qanadı kimi qiymətləndirməsindəki sadəlövhlüyü ifşa edib. 2015-ci ildə ABŞ-da yerləşən konsultinq firmalarına görə, Abullahiyan İranın mülayim siması idi.

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun 2015-ci ildə Əmir Abdullahiyanın portreti kimi dərc etdiyi hesabata nəzər saldıqda görürük ki, o dövrdə Vaşinqtonda qərar qəbul edən orqanların dəhlizlərində çox az tanınan Abdullahiyan İranın bölgədəki mülayim siması olaraq xatırlandığını və Xarici İşlər Nazirliyi və ya İran Parlamentinin divarlarını aşan, güclü, dərin bir siyasi dəstəyə sahib olduğunu ifadə etdiyini görürük.

Abdullahiyan Allahın yer üzündəki kölgəsini təmsil etdiyinə inanan teokratik rejimin sözçüsüdür və o, əslində, İran əqidəsinin elementlərindən biri olan “məzlumluq kompleksindən” əziyyət çəkir. Məhz buna görə də, İranın Yəməndəki səfiri Həsən İrlunun dəfn mərasimində: “Biz zülmə məruz qaldıq, Yəməni mühasirəyə alanların səfirimizə etdiyi haqsızlığı unutmayacağıq”, deyə Abdullahiyan qeyd edib.

Yəməndə qanuni hökuməti dəstəkləyən ərəb koalisiyasının sözçüsü polkovnik Turki əl-Maliki İran İnqilab Keşikçiləri Ordusunun (İKO) zabitlərindən olan Həsən İrlunun Yəməndən çıxarılması məsələsini və koalisiyanın bununla bağlı humanitar rəftarı barədə verdiyi çirkin açıqlamaları izlədiyini bildirib. Abdullahiyan Səudiyyə Ərəbistanıİranın Yəməndəki səfiri Həsən İrlunun dəfn mərasimində səfirin təxliyyəsini qəsdən gecikdirməkdə ittiham edib.

İran xarici işlər nazirinin arxasınca ağladığı İrlu DMO-da zabit idi. Qasım Süleymaninin də köməkçilərindən biri olan İrlu İran tərəfindən Yəmənə səfir təyin edilmiş hava hücumundan müdafiə zabiti idi. O, husilərin Səudiyyə Ərəbistanına endirdiyi hava zərbələrinin baş memarı və zenit silahları üzrə ekspert olub.

İranlı hərbiçi öldürülməzdən əvvəl Qasım Süleymaninin rəhbərlik etdiyi “Qüds Qüvvələri”nin əsas zabitlərindən biri hesab olunurdu və əksəriyyəti DMO üzvü olan bir ailəyə mənsub idi. Ötən ilin sonunda ABŞ DMO və husilər arasında əməkdaşlığın koordinasiyasındakı roluna görə İrluya sanksiya tətbiq etmişdi.

Sırf humanitar səbəblərə görə, Səudiyyə Ərəbistanı öz ərazisində raketlərin buraxılmasına nəzarət edən İrlunu İranın müalicə üçün təxliyyə etməsinə icazə verdi. Polkovnik əl-Maliki mövzu ilə bağlı verdiyi açıqlamada: “Səudiyyə Ərəbistanı Krallığı haqqında edilən bu çirkin bəyanatlar insani dəyər və prinsiplərə sığmır və humanitar koalisiyanın Sənadan Bəsrəyə edilən təxliyədəki mövqeyini qiymətləndirmir. İran rəsmilərinin açıqlamaları təəccüblü deyil. Bu, İran diplomatiyasının qeyri-qanuni yollarla Yəmənə daxil olaraq xaos və müharibəni dəstəkləmək davranışı kontekstində ortaya çıxır”, deyə qeyd edib.

Polkovnik əl-Maliki qeyd edib ki, son təxliyə ilə Yəməndəki münaqişə aksiyalarında iştirak edən İran vətəndaşı ikinci dəfə təxliyə edilib. Maliki bildirib ki, 2019-cu ildə Qırmızı dənizdə İrana məxsus “Səviz” adlı hərbi gəmidə olan şəxs Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri tərəfindən gəmidən təxliyə edilib və səhhəti pisləşdiyi üçün müalicə məqsədilə Səudiyyə Ərəbistanında xəstəxanaya aparılıb. O, qeyd edib ki, bu şəxs daha sonra Omandakı qardaşların vasitəçiliyi ilə ölkəsi İrana göndərilmək üçün Səudiyyə Ərəbistanına məxsus tibbi evakuasiya təyyarəsi ilə Maskata köçürülüb.

Abdullahiyan Səudiyyə Ərəbistanını düşmənlərini və torpaqlarına raket atanları sağaltmağa kömək etmədiyinə görə qəddar olmaqda ittiham edir. Elə bir ölkə yoxdur ki, Səudiyyə Ərəbistanı kimi düşmənlərini müalicə üçün evakuasiya edib, bunun müqabilində nankorluq, təkəbbür və tərbiyəsizlik görsün.

Əslində, akademik səriştəsinə baxmayaraq, Hüseyn Əmir Abdullahiyanın diplomatiya ilə əlaqəsini heç kim başa düşmür. O, xarici işlər naziri olmaqdan uzaq şəkildə diplomatiyanın bir parçasına çevrilib. Bir münasibət, nəzakət və ədəbi sənət kimi diplomatiya onun təsəvvüründə yoxdur. Bununla belə, o, diplomatiya ilə bağlı bir çox vəzifələrə rəhbərlik edib. Məsələn, o, 2007-2010-cu illərdə İranın Bəhreyndəki səfiri vəzifəsində çalışıb. Həmçinin, 2011-ci ildə Bəhreyndə xaosa səbəb olan “Bəhreyn komandası”nı tam hazır vəziyyətə gətirdikdən sonra hadisələr başlamazdan iki ay əvvəl ölkəni tərk edib. O, “Ərəb Baharı” adı altında baş verən hadisələrin arxasında duran ən mühüm fiqurlarla daim əlaqə saxlayırdı.

Abdullahiyanın həyasızlığı İranın keçmiş xarici işlər naziri Cavad Zərifini onu istefaya göndərməyə vadar etmişdi. Onun bütün ərəblərə qarşı və həmçinin Səudiyyə Ərəbistanı ilə bağlı bəyanatları hər zaman kinli idi. Bu səbəbdən, Abdullahiyan Xamenei və İbrahim Rəisiyə yaxın bir simadır. Eynilə onların üslubunda danışır.

Abdullahiyanın Cavad Zərif kimi zəkası yoxdur. Həqiqətən, Zərif xüsusən də o zamankı dövlət katibi Con Kerrinin dostu olduğuna görə İranın mötədil bir imic yaratmaq istəyən ABŞ qanadına yardım etmişdi. Abdullahiyan isə bu qanadı ən çox çətinliyə salan xarici işlər naziridir. Çünki bu, İranın, əslində, nə olduğunu göstərir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Ən çox oxunanalar