Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın Ermənistandan ABŞ-a göndərdiyi isti mesajlar... - Tehran nəyə can atır?..

İranın Cənubi Qafqaz regionunda aktivləşməsinə ABŞ pozitiv yanaşa bilərmi?..

Politoloq: “ABŞ-İran münasibətilərinin normallaşdırılması istiqamətində hər hansı bir pozitiv siyasətdən söhbət bele gedə bilməz”.

“Molla rejimi İranda hakimiyyətdə olduğu müddətcə, ABŞ-İran arasındakı münasibətlər həmişə böhran həddində olacaq”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə İranın ABŞ-a göndərdiyi isti mesajları PİA.az-a şərh edərkən qeyd edib.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Yeravanda Ermənistanda yaşayan iranlılarla görüşündə ABŞ-a isti mesajlar yollayıb. Abdullahian bildirib ki, nüvə məsələsi ilə bağlı iki ölkə arasında demək olar ki, fikir ayrılığı qalmayıb. Həmçinin AB rəsmiləri BMT-dəki İran nümayəndəliyi ilə əlaqə saxlanıldığını vurğulayan İran diplomatiyasının başçısı qeyd edib ki, Tehran iki ölkə arasında münasibətlərin normallaşması üçün hər şeyi edir.

Abullahian bunun misalı olaraq İranda həbsdə olan amerikalı casusların bəzilərinin azadlığa buraxıldığını deyib. Həmçinin o, qeyd edib ki, iki ölkənin həbsxanalarında cəza çəkən İranABŞ vətəndaşlarının qarşılıqlı olaraq azad olunması üçün danışıqlar aparılır.

Qeyd edək ki, İran xarici işlər nazirnin məhz Yeravandan Vaşinqtona isti mesajlar yollaması diqqət çəkib. Görünür ki. son zamanlar Cənubi Qafqazda kifayət qədər aktivləşən və Ermənistanla üst səviyyədə münasibətlər qurmağa çalışan Tehran ABŞ-ın ona mane olmamasını istəyir və bu üzdən də Abullahian Vaşinqtona isti mesajlar yollayır.

Tehranla Vaşinqton arasındakı hazırkı münasibətləri necə dəyərləndirmək olar və bu münasibətlərin istiləşməsi üçün zəmin varmı? Eyni zamanda İranın Cənubi Qafqaz regionunda aktivləşməsinə ABŞ isti yanaşa bilərmi?

Hazırkı ABŞ-İran münasibətilərini PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “İran Cənubi Qafqazdakı geosiyasi durumu öz xeyrinə dəyişməyə çalışır və buna da Vaşinqton imkan verə bilməz. Bu ABŞ adına böyük səhv olardı”.

İranın erməni lobbisi vasitəsilə ABŞ-la danışıqlara ümid etdiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, əslində bu variant mümkündür. Amma, Vaşinqtonla Tehranın molla rejiminin yaxın əməkdaşlığı mümkün deyil:

ABŞ-İran münasibətilərinin normallaşdırılması istiqamətində hərhansı bir pozitiv siyasətdən söhbət bele gedə bilməz. Hazırda müşahidə olunan odur ki, istər ABŞ, istərsədə İsrail İranın fəaliyyətlərindən həddindən artıq narahatdırlar və bunu da gizlətmirlər. Xüsusən Tehranın Moskvaya silah satması Vaşinqtonda İrana qarşı yeni narazılıq dalğası yaradıb.

İran XİN rəhbərininYeravandan belə açqlamalar verməkdə məqsədi başqadır. ABŞ-ın Tehranın Ermənistan siyasətinə təsir etməməsi üçün İran belə danışır. Doğrudur nüvə danışıqları istiqamətində müəyyən irəliləyişlər əldə olunub. Amma, Tehranın yeni şərtlər irəli sürməsi və Ukrayna müharibəsində Rusiyanın yanında olması Vaşinqtonun Tehranla əlaqələrini minimum səviyyəyə saldı.

Demək olar ki, Tehran geopolitik qarşıdurmada Rusiyanın yanında durub və ABŞ-a qarşı olan cəbhədə döyüşür. Belə olan təqdirdə iki ölkə arasında hər hansı bir normallaşma mümkün deyil. Eyni zamanda Tehran düşünür ki, anti-Azərbaycan siyasətinə görə ABŞ İrana imkan verəcək ki, Ermənistanda möhkəmlənsin. Amma düşünürəm ki, bu Tehranın bu vaxta qədər Azərbaycanla bağlı verdiyi yalnış qərarlardan biridir. Baş verən siyasi proseslərə görə demək olar ki, ABŞ-İran qarşıdurması yeni müstəvidə davam edəcək. Çünki İran Cənubi Qafqazdakı geosiyasi durumu öz xeyrinə dəyişməyə çalışır və buna da Vaşinqton imkan verə bilməz. Bu ABŞ adına böyük səhv olardı və hesab edirəm ki, Vaşinqtonla Tehran arasında hansısa səviyyədə Cənubi Qafqaz anlaşması olmayacaq.

Məhəmməd Əsədullazadə: “Tehran düşünür ki, anti-Azərbaycan siyasətinə görə ABŞ İrana imkan verəcək ki, Ermənistanda möhkəmlənsin”.

Qeyd edim ki, ABŞ qəbul etdiyi doktirinada Rusiya və Çinin hədəf seçib. İranın adı yer almayıb. Buna görə də görünür, Tehranda nəyəsə ümidləniblər. Amma məsəl ondadır ki, ABŞ üçün İran heç də qıobal təhlükəsizlik məsələsi deyil. O cümlədən İranın iqtisadi potensialı da ABŞ-ın diqqətə alacağı bir faktor deyil. O üzdən də ABŞ-ın doktrinasında İranın yer aımaması da normaldır. Hazırda Yaxın Şərqdə və Cənubi Qafqazda ABŞ-İsrail cütlüyünün İranla geopolitik qarşıdurması yaşanır və görünür ki, ABŞ Yaxın Şərqdə İranı zəiflətməyə çox həvəslidir. Suriyada İran hərbi bazaları da Vaşinqtonun istəyi ilə İsrail tərəfindən vurulur.

Onu da qeyd edim ki, ola bilər İran erməni lobbisi vasitəsilə ABŞ-la danışıqlara ümid etsin. Əslində bu variantda mümkündür. Amma, Vaşinqton və Tehran rejiminin yaxınlığı və əməkdaşlığı mümkün deyil. Ümumiyyətlə, mən inanmıram ki, istər Demokratlar arasında, istərsə də Respublikaçılar arasında İrana qarşı siyasətin dəyişdirilməsi tərəfdarları olsun. Ona görə də molla rejimi İranda hakimiyyətdə olduğu müddətcə, ABŞ-İran arasındakı münasibətlər həmişə böhran həddində olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: İran-ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Lavrov: "Qərb Rusiyanın təslim olmasını gözləyir, lakin bu baş verməyəcək"

Bakıda 3 vətəndaşı aldadaraq 43 min manatını mənimsəyən şəxs saxlanılıb

Ən çox oxunanalar