Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda Suriya ssenarisi – Etirazlar vətəndaş müharibəsi mərhələsinə keçir ...

Rəsmi Tehran etirazların silahlı mübarizə mərhələsinə keçdiyini etiraf edir və hesab edilir ki, İranda vətəndaş müharibəsi təhlükəsi yaranıb...

İranda milli separaizm silahlı mübarizə mərhələsinə keçir. PİA.az xəbər verir ki, belə bir iddia ilə rəsmi “Fars” Agentliyi çıxış edib.

İranın rəsmi “Fars” Agentliyinin məlumatına görə, çərşənbə günü Tehran, İza və İsfahanda baş verən hadisələr göstərir ki, dinç yolla etirazların uğursuzluğunu görən separatşı qüvvələr etiraz aksiyalarının silahlı mübarizə mərhələsinə keçiblər.

Agentlik bildirir ki, separatçı qüvvələr qarşılarına zorakılıq və şiddətin səviyyəsini artırmaq vəzifəsi qoyublar. Artıq aksiyalar etiraz edən insanları və polisi üz-üzə qoymaq və vətəndaş müharibəsinə sövq etmək məqsədi ilə keçirilir.

“Fars” Agentliyi qeyd edir ki, söyüş söymək, polisə soyuq bıçaqlı silahlarla vəhşicəsinə hücumlar etmək və təhlükəsialik qüvvələrinin əməkdaşlarını odlu silahlarla öldürmək iğtişaşçıların əsas taktikasına çevrilib.

Qeyd edilir ki, son həftələr İranın müxtəlif sərhəd məntəqələrindən ölkəyə daxil olan çoxlu sayda silah-sursat tapılıb. Agentliyin iddiasına görə bütün bu silahlar İranda rejimi silahlı yolla devirməyə çalışan xarici qüvvələr yollayır. Agentkiyin məlumatında bildirilir ki, bundan əvvəl Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və anti-İran hərəkatları ilə əlaqəli bəzi rəsmilər İranda silahlı iğtişaşlar törətdiklərini etiraf bildiriblər. Eyni zamanda, bəzi şəxslər və medialar faktiki olaraq İranda siyasi, dini və milli çalarlarla terror aktları üçün zəmin hazırlayır.

“Fars” Agentiliyi qeyd edir ki, polis təxribatçllar tərəfində etirazçlların öldürülməsinin qarşısını almağa çalışır və iğtişaşları yatırmaq üçün silahdan istifadə etməməkdə israrlıdır.

Qeyd edək ki, son zamanlar İranda baş verən proseslər 2011-ci ildə Suriyada vətəndaş müharibəsini başladan prosesləri xatırladır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Şarl Mişel: Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur

Ən çox oxunanalar