Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İrana qaz sata bilərik: Dünyanın ən böyük ikinci qaz ölkəsi enerji idxalçısına çevrilməkdədir

Nə qədər ki İranda İbrahim Rəisi hakimiyyəti iş başındadırsa, Azərbaycan əlini başının altına qoyub rahatca yata bilər. Zira bu gedişlə deyəsən, bizə qaz müştərisini Avropada və ya dünyanın başqa ölkələrində axtarmağa ehtiyac qalmayacaq. Bəlkə də ən böyük müştərimiz elə İran olacaq.

Ovqat.com-un məlumatına görə, İranın bir sıra ekspertlərinin gəldiyi qənaət bu cür düşünməyə əsas verir.

İranlı ekspertlərin fikrincə, dünyanın ikinci ən böyük təbii qaz ehtiyatına malik ölkəsi İran böyük enerji bəlası ilə üz-üzədir, - xəbəri Türkiyənin “Enerji günlüğü” nəşri yayıb.

“Dünyadakı ümumi təbii qaz ehtiyatının 17 faizinə sahib olduğu təxmin edilən İran yeni böhranla üz-üzədir. ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə nüvə danışıqlarının dayandırılması səbəbindən İrana qarşı sanksiyalar davam edir. Bu səbəbdən beynəlxalq enerji sektorunun nəhəng şirkətləri İrana investisiyalarını dayandırıb. Yeni prezident Bayden dövründə yenidən görüşməyə başlayan iki ölkənin bir-birinə doğru addım atmaq istəməməsi böhranı daha da dərinləşdirir. İran hökuməti bu qış qaz qıtlığı səbəbindən mümkün elektrik kəsintiləri barədə əhaliyə xəbərdarlıq edib. Ölkənin dövlət təbii qaz şirkətinin direktoru həmçinin xəbərdarlıq edib ki, təcili addımlar atılmazsa, İran təbii qaz idxalçısına çevrilə bilər”, - xəbərdə vurğulanır.

İranın qaz ehtiyatlarını çıxara bilməsi üçün tələb olunan vəsait isə astronomik həcmdədir – 50 milyard dollar. Nəşrin bildirdiyinə görə, İranın təbii qaz sahəsinə bu məqləğdə sərmayə qoyulmasa, böyük ehtiyatlarına baxmayaraq onun idxalçı ölkəyə çevrilməsi qaçılmaz olacaq:

İranın ən böyük təbii qaz ehtiyatı Qətərlə dənizdə paylaşdığı Cənubi Pars yatağıdır. Tehranın 5 il əvvəl Fransanın “TotalEnergies” şirkəti ilə 5 milyard dollarlıq yatağın işlənməsi müqaviləsi ABŞ sanksiyaları səbəbindən yarımçıq qalıb. “Total” İranı tərk etdikdən sonra Çinin “CNPC” şirkəti layihəni öz üzərinə götürdü, lakin işin çox ləng getdiyi bildirilir”.

Bir sözlə, bizim indiki İran rejimini sevmək üçün çox səbəbimiz var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə hərbçilərin sosial-məişət şəraiti ilə tanış olub

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar tapılıb

Ən çox oxunanalar