Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran uran həcminə qoyulan limiti aşdı - Meydan oxuma siyasəti?..

Politoloq: “Hələ ki, nə Çin, nə də Rusiya ABŞ əleyhinə heç bir hərəkət etmək istəmir”

Avropa İttifaqının ortaya qoyduğu mexanizm yaxşı maşındır, lakin benzini yoxdur”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu İranın uranı zənginləşdirməsinin İran-Avropaİran-ABŞ münasibətlərinə olan təsirini PİA.AZ-a şərh edərkən qeyd edib.

Bir müddət əvvəl İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kəmalvəndi 26 iyunda verdiyi açıqlamada Avropa ölkələrinə verilən vaxtın bitməsindən sonra zənginləşdirilmiş uran miqdarının artırılacağını açıqlamışdı. Keçən gün isə İran rəsmən uranın zənginləşdirilməsi ilə bağlı limiti aşdığını elan etdi. Nüvə sazişində göstərilir ki, limiti 300 kq keçib. Bu, Beynəlxalq Atom Enerjisi Təşkilatının nümayəndələrinin yoxlamaları nəticəsində də təsdiq olunub.

Xatırladaq ki, İran ABŞ-ın sanksiyalarına qarşı ödəniş sistemi yaratmaqla bağlı Avropa ölkələrinə 60 gün vaxt vermişdi.

G20 sammitindən dərhal sonra İranın belə bir addım atması təsadüfdürmü? Tehranın uranı zənginləşdirməsi İran-Avropa, həmçinin, çox gərgin olan İran-ABŞ münasibətlərinə təsir edə bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğluna müraciət edib.

Mübariz Əhmədoğlu: “İran müqavilə öhdəliklərinin yerinə yetirilməsinə ehtiyac duymur. Çünki İranın əsas dərdi neftini satması ilə bağlıdır”

“Bu məsələnin G20 sammiti ilə bir əlaqəsi yoxdur. İranın əvvəldən Avropa İttifaqına qarşı ayrıca bir dəsti-xətti olub. İranın fikrincə, Avropa İttifaqı İranın nüvə proqramı ilə bağlı ABŞ-dan fərqli bir siyasət aparacaq. Daha doğrusu, nüvə müqaviləsinin altında Avropa İttifaqı ölkələrinin və ümumilikdə İttifaqın imzası var. Ona görə də, onlar öz müqavilə öhdəliklərini yerinə yetirəcəklər. Lakin İran müqavilə öhdəliklərinin yerinə yetirilməsinə ehtiyac duymur. Çünki İranın əsas dərdi neftinin satması ilə bağlıdır. İndi Avropa İttifaqı məxsusi olaraq İran üçün maliyyə mexanizmini hazırlayıb ki, İranla neft ticarəti apara bilsin. Amma bu mexanizm də hələ tam işlənib hazırlanmayıb. Yəni mexanizm özü var, lakin işləkliyi yoxdur. İranın BMT-dəki nümayəndəsinin bu obrazlı ifadəsi ilə desək, Avropa İttifaqının ortaya qoyduğu mexanizm yaxşı maşındır, lakin benzini yoxdur.

Ona görə də, bu məsələnin G20 sammiti ilə əlaqəsi yoxdur. G20-də ABŞ bu dəfə zəif görünməyib. Əksinə hiss olunur ki, Rusiya ABŞ-la hesablaşmaq, Çin isə ABŞ-a yaxınlaşmaq istəyir. İran da əsasən Çin və Rusiyanın hərəkətlərinə uyğun addım ata bilər. Hələ ki, nə Çin, nə də Rusiya ABŞ əleyhinə heç bir hərəkət etmək istəmir.

Bu, sadəcə İranın 2 ay əvvəl hazırlayıb ortaya qoyduğu plandır ki, Avropa İttifaqı İranı nüvə müqaviləsində dəstəkləməlidir, ABŞ-a isə heç bir dəstək verməməlidir. Avropa İttifaqı da buna müəyyən mənada razılıq vermişdi. İndi isə İran öz planını qrafik üzrə aparır.”

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Ən çox oxunanalar