Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran təyyarə qəzasında həlak olan kanadalıların ailələrinə 84 milyon dollar ödəməlidir

Kanadanın Ontario məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan altı kanadalının ailəsinə İran tərəfindən 107 milyon Kanada dolları (təxminən 84 milyon dollar) məbləğində təzminat ödənilməsinə qərar verib. Bu barədə Kanadanın CBC telekanalı iddiaçıların vəkili Mark Arnolda istinadən məlumat yayıb.

Vəkilin sözlərinə görə, onun ittihamları İrana hökumətinə və fəlakətdə günahkar olan digər rəsmilərə qarşıdır. Arnold qeyd edib ki, əgər İran tərəfi təzminatı ödəməkdən imtina edərsə onun komandası bu ölkənin Kanadadakı və xaricdəki aktivlərinə həbs qoyulmasını, İrana məxsus neft tankerlərinin həbs edilməsintələb edəcək.

Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarına məxsus PS752 (Boeing 737-800) reysi 8 yanvar 2020-ci ildə Tehran hava limanından Kiyevə uçarkən havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Ölən 176 nəfər arasında İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları olub. Yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığından uçan “Boinq” təyyarəsini “düşmən hədəfi” ilə səhv salaraq vurduqlarını açıqlayıb.

2021-ci ilin iyununda İran Ali Məhkəməsinin sözçüsü Qulam Hüseyn İsmaili bildirib ki, Tehran qəzada həlak olanların ailələrinə 150 ​​min dollar məbləğində tam təzminat ödəməyi planlaşdırır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılıb - Xəbərdarlıq

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

İsrailin xarici işlər naziri Livanla müharibədən qaçmaq üçün son şansı açıqlayıb

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Ən çox oxunanalar