Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran nə üçün Rusiyaya Ukraynada müharibə aparmağa kömək edir: Güc, yoxsa mənfəət?..

İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı media qurumları bu faktla sadəcə, öyünür...

Borzou Daragahi, Benəlxalq jurnalist
İndependent.co.uk

Kiyevin döyüş meydanında ələ keçirilmiş, İran istehsalı olan pilotsuz təyyarələrdə Qərb mənbəli hissələrin olması ilə bağlı açıqlamasından sonra Tehranın Rusiyaya verdiyi iddia olunan həmin dronlar yenidən araşdırma obyektinə çevrilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya qüvvələrinin Şərqi Avropa səmasında istifadə etdiyi İran istehsalı olan Mohajer-6 pilotsuz uçuş aparatın Moskvanın hücuma başladığı fevral ayında istehsal olunduğunu göstərən tarixin olduğunu və bunun Tehranın həmin silahları guya müharibədən daha əvvəl Rusiyaya satdığına dair iddiaları ilə ziddiyyət təşkil etdiyini bildirilir.

Kiyev deyir ki, pilotsuz təyyarələrdə ABŞ, Avstriya və Yaponiya istehsalı olan hissələrdən istifadə olunub, Kanada isə İrana satdığı mühərriklərin pilotsuz təyyarələr üçün istifadə oluna biləcəyini etiraf edib.

“Ukraynalı mütəxəssislər xarici komponentlərin İranın pilotsuz təyyarələrinə haradan peyda olduğunu öyrənirlər”, deyə Kanada Müdafiə Nazirliyi bildirib:

“Serial nömrələri və komponentlər haqqında məlumatlar artıq tərəfdaş ölkələrə təhvil verilib”, deyəKanada Müdafiə Nazirliyi vurğulayıb.

Rusiyanın Ukraynaya qarşı doqquz ay davam edən müharibəsi isə Moskva və Tehranı bir-birinə həmişəkindən daha da yaxınlaşdırıb.

Qərb rəsmiləri iddia edirlər ki, İran Rusiyanı azalan hərbi arsenalını bərpa etmək və Ukraynadakı hədəflərə hücumlar təşkil etmək üçün istifadə edə biləcəyi ballistik raketlərlə təchiz etməyə hazırlaşır. Sky News adı açıqlanmayan mənbəyə istinadən bildirib ki, Moskva İrana 140 milyon avro ekvivalentində nağd pul ödəyib və döyüş pilotsuz təyyarələri müqabilində ələ keçirilən Britaniya və Amerika silahlarını da Tehrana təhvil verib. İran hakimiyyətinə yaxın olan xəbər saytı isə bu iddianı rədd edib.

Çərşənbə günü Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iranlı həmkarı Əli Şamxani ilə Tehranda görüşərək, guya, ortaq iqtisadi layihələr, qərb sanksiyalarından yayınma və Ukraynadakı müharibəni müzakirə edib.

İran Rusiya və Ukrayna arasında atəşkəs və sülhə gətirib çıxaran dialoqa əsaslanan istənilən təşəbbüsü dəstəkləyir”, - deyə cənab Şamxani bildirib.

İran sözügedən silahların müharibənin başlanmasından bir neçə gün əvvəl satıldığını, lakin fevralın 24-də müharibə başlamazdan öncə təhvil verildiyini etiraf etməzdən əvvəl, Rusiyaya pilotsuz təyyarələr tədarük etdiyini aylarla təkzib edib.

Qeyd edək ki, Rusiya Ukraynanın sənaye infrastrukturuna zərər vurmaq və mülki əhalini qorxutmaq üçün İranın pilotsuz təyyarələrindən istifadə edir.

Həmin silahların döyüş meydanında həlledici rolu görünməsə də, pilotsuz təyyarələr Kiyevin resurslarını tükəndirir, xüsusən enerji strukturlarına zərbə endirirr. Böyük BritaniyaAvropa İttifaqı keçən ay kamikadze pilotsuz təyyarələrinin Ukraynadakı mülki obyektləri, o cümlədən yaşayış binalarını vurmasından sonra İrana qarşı sanksiyalar tətbiq edib.

İran üzrə ixtisaslaşan ukraynalı jurnalist Anna Rajskaya deyib: “Onlar İran dronlarını elektrik strukturlarına qarşı istifadə edirlər və bütün Ukraynada elektrik enerjisinin kəsilməsinə səbəb olurlar. Bu, Kiyev də daxil olmaqla, gündə 10 saatdan çox fasilələrin olduğu bütün böyük şəhərlərə təsir göstərir”.

Tehranın Ukrayna müharibəsində iştirakı, onu Kiyevin və İranın görünməmiş daxili qarışıqlıqlarla üzləşdiyi bir vaxtda Ukraynanın müdafiə səylərini dəstəkləyən Qərb ölkələrinin ittifaqının diqqət mərkəzinə salıb. Küçədə əxlaq polisi tərəfindən qaçırılan gənc qadın Məhsa Əmininin ölümü ilə başlayan yeddi həftəlik ümummilli etiraz hərəkatı təhlükəsizlik qüvvələrinin əli ilə azı 328 nəfərin ölümünə səbəb olub, İran iqtisadiyyatına ciddi ziyan vurub və Qərblə münasibətləri daha da korlayıb.

Eyni zamanda İranın Rusiyaya silah verməsi də daxildə tənqidlərə səbəb olub. Aparıcı qəzet, din xadimi və Moskvadakı keçmiş səfir hökuməti Tehranın maraqlarına zidd hərəkət etməkdə ittiham edərək, silah satışını İrana qarşı addım kimi dəyərləndirib. “Cumhuriyye islami” qəzetinin baş redaktoru Masih Mohaceri, “Bütün yumurtalarınızı Rusiyanın səbətinə qoymamalısınız”, deyə, etirazını bildirib.

ABŞ və Böyük Britaniya rəsmiləri iddia ediblər ki, Moskvanın İrandan pilotsuz təyyarələr alması Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İranın silah sənayesinə məhdudiyyətlər qoyan qətnamələrini pozur.

İranlı diplomatlar Rusiyaya silah satışı ilə bağlı həyasız davransalar da, İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı media qurumları bu faktla sadəcə öyünərək, biznes sövdələşmələrinin rejimin xəzinəsini doldurduğunu iddia edirlər. Rejimə yaxın olan digər iranlı rəsmilər isə deyirlər ki, Tehranın seçimi azdır.

Bəzən hökumətə məsləhətlər verən iranlı alim Diako Hüseyni öz tvitində yazıb: “İranRusiya arasında yaxın münasibətlərin səbəbi Tehranın Moskvaya hədsiz həvəsi deyil. “Əsl səbəb İrana Rusiya və Çinə yaxınlaşmaqdan başqa yol qoymayan ABŞ-ın davamlı siyasi və iqtisadi təzyiqləridir”.

Xanım Rajskaya iddia edir ki, İran rəhbərliyini, o cümlədən ali lider Əli Xamneyini mənfəətdən çox, güc əldə etmək istəyi Rusiyaya silahlarının satışına yaşıl işıq yandırmağa sövq etdi. Onun qənaətinə görə, İranın Kiyevə qarşı hər hansı bir düşmənçiliyinin olamamasına baxmayaraq, Tehran bir neçə tərəfdaşı arasında Rusiyanın müharibədə uduzmasına və ya cənab Putinin alov içində qalmasına imkan veə bilməz.

“Bu qərarı verən Xameneyi və rəhbərlikdə təmsil olunan digər yüksək vəzifəli şəxslər üçün bu müharibənin Ukraynada, yaxud başqa yerdə getməsinin fərqi yoxdur. Onlar Qərblə mübarizə aparırlar. Düşünürəm ki, bu, pulla bağlı məsələ deyil, bu, gücün proyeksiyasıdır. Yaxud da, bəlkə, sadəcə Rusiya xahiş edib və İran “yox”, deyə bilməyib”.

İrandakı siyasi iğtişaşlar, eləcə də Vaşinqton və Tehran arasındakı fikir ayrılıqları nəticəsində İranla nüvə proqramının məhdudlaşdırılmasına dair danışıqlar dayandırılıb. Rusiya nüvə proqramına ciddi məhdudiyyətlər müqabilində İrana qarşı sanksiyaları aradan qaldıran, demək olar ki, artıq qüvvəsini itirməkdə olan 2015-ci il nüvə sazişinin iştirakçısıdır.

Lakin artıq indi Rusiya prezidenti Vladimir Putin İranın nüvə proqramını inkişaf etdirməsinə icazə verilməsinin Moskvanın maraqlarına uyğun olduğunu hesab edir.

“Ukraynanı partlatmaq: Rusiya terrorunun qayıdışı” kitabının müəllifi, ABŞ-da yaşayan politolq Yuri Felştinskinin fikrincə isə Putin Qərb dünyasında qeyri-sabitlik yaratmağa çalışır: “Bunu etmənin ən yaxşı və ya ən asan yolu iranlılara bomba hazırlamağa kömək etmək və ya da bombanı onlara verməkdir”, deyə Felştinski yazır.

Mənbə: İndependent.co.uk

İngilis dilindən tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

"Hizbullah" İsrailə raket zərbəsi endirib- Ölənlər var

“Yelo Bank”ın depozitləri azalıb – Şirkətlər 550 milyon manatı geri çəkib

Lavrov: "Qərb Rusiyanın təslim olmasını gözləyir, lakin bu baş verməyəcək"

Ən çox oxunanalar