Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadçı-alim sual edir: “DSK-nin inflyasiya hesabatında hansı məhsullardakı qiymət dəyişikliyi əsas götürülür...”

Rəsmi statistikaya görə bu ilin ilk 4 ayında Azərbaycanda inflyasiya illik hesablamada 4% təşkil edib. Amma bilirik ki, market və bazarlarda qiymət artımı 15-25% arasında, bəzi mallarda isə daha çox dəyişməkdədir...

Vüsalə Əhmədova: “Məncə inflyasiyanın səviyyəsini müəyyən etmək üçün minimum istehlak zənbilinə daxil olan zəruri tələbat mallarının qiymət artımına baxmaq kifayət edər”.

“Belə bir aşagı inflyasiya göstəricisinin real olması üçün istehlakçı vərdişlərində dəyişikliyin olması tələb olunur. Yəni, vətəndaşın xərclərində qidanın payı azalmalı, digər mallar, məsələn, lüks məhsullara olan tələb artmalıdır. Belə görünür ki, Statistika Komitəsi Azərbaycandakı inflasiyanı lüks mallara görə hesablayır”.

Bu sözləri iqtisadçı-alim Vüsalə Əhmədova Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə bu ilin dörd ayı ərzində Azərbaycanda inflyasiyanın illik hesablamada 4% təşkil etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə bu ilin dörd ayı ərzində Azərbaycanda inflyasiya illik hesablamada 4% təşkil edib. Amma bilirik ki, market və bazarlarda qiymət artımı 15-25% arasında dəyişməkdədir.

DSK-nın 4%-lik inflyasiya hesablaması nə qədər həqiqətə uyğundur və bazardakı reallıla DSK-nın hesablaması arasında fərq hardan yaranır?

Mövzunu PİA.az-ın əməkdaşı İqtisadçı-alim Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Maraqlıdır, DSK-nin hesabatında hansı məhsullardakı qiymət dəyişikliyi əsas götürülür? Bəlkə, qiymətində azalma olan və ya dəyişiklik olmayan və ya zəruri istifadə edilməyən məhsullar üzrə hesabalama aparılır?”.

Belə bir aşagı inflyasiya göstəricisinin real olması üçün istehlakçı vərdişlərində dəyişikliyin olmasının tələb olunduğunu bildirən iqtisadçı-alim PİA.az-a bildirib ki, ən azından vətəndaşın xərclərində qidanın payı azalmalı, digər mallara, məsələn, lüks məhsullara olan tələb artmalıdır. Məlumdur ki, iki ilə yaxındır ölkədə davam edən pandemiya səbəbindən bir çox insan işini itirib, işini itirməyənlərin əksəriyyətinin isə gəlirlərində azalma baş verib:

“İnflyasiya səviyyəsini müəyyən etmək üçün beynəlxalq təcrübədə “istehlak qiymətləri indeksi” və “topdan qiymət indeksindən” birgə istifadə olunur. Bu indeksləri müəyyən etmək üçün isə bir sıra məhsul və xidmətlərin qiymətləri əsas götürülür ki, bunlar da əsasən: qida məhsulları, içki və tütün məmulatları, bəzi geyim əşyaları, müxtəlif gündəlik tələbat malları, bəzi məişət avadanlıqları, daşınmaz əmlakın satış və kirayə qiymətləri, səhiyyə, nəqliyyat, təhsil və kommunal xidmətlər üzrə xərclər, əyləncə sektoru, otel və restoranlardakı xidmətlərin qiymətləri əsas götürülür.

Bütün sadaladığım sahələr üzrə keçən ilin eyni dövrü ilə müqaisədə demək olar ki, kifayət qədər qiymət artımı müşahidə olunub. Gəlirinin yarısını ərzaq məhsullarına sərf edən geniş kütlə üçün önəmli olan qida məhsullarının qiymətindəki dəyişmədir. Minimum istehlak zənbilinə daxil olan ərzaq və qeyri-ərzaq mallarının (məsələn, çörək, kartof, şəkər, yumurta, süd, yağ, bəzi geyim əşyaları, dərman preparatları, kommunal xidmətlər və s.) qiymətlərinə nəzər salsaq 15-25%, hətta bəzi mallarda 35-50% qiymət artımı görə bilərik.

DSK-nin 4%-lik inflyasiya həddinin nə dərəcədə həqiqətə uyğun olduğunu demək olar? Sual yaranır, DSK inflyasiyanı ölçməyi bacarmır, yoxsa ölçmək istəmir və bilərəkdən həqiqəti gizlədir və ya açıqlamaqdan çəkinir? Məncə nflyasiyanı müəyyən etmək üçün minimum istehlak zənbilinə daxil olan zəruri tələbat mallarının qiymət artımına baxmaq kifayət edər.

Vüsalə Əhmədova: “Artıq dünyada illik deyil, aylıq və hətda gündəlik qiymət dəyişikliyi üzrə hesabatlar aparılır. DSK-nın “keçən ilin müvafiq dövrü ilə müqaisə” termini tam olaraq həqiqəti əks etdirmir”.

Maraqlıdır, DSK-nin hesabatında hansı məhsullardakı qiymət dəyişikliyi əsas götürülür? Bəlkə, qiymətində azalma olan və ya dəyişiklik olmayan və ya zəruri istifadə edilməyən məhsullar üzrə hesabat aparılır? Ümumiyyətlə inflyasiya hesablamasında qida məhsullarının çəkisi nə qədərdir?

Belə bir aşagı inflyasiya göstəricisinin real olması üçün istehlakçı vərdişlərində dəyişikliyin olması tələb olunur. Yəni, vətəndaşın xərclərində qidanın payı azalmalı, digər mallar, məsələn, lüks məhsullara olan tələb artmalıdır. Belə görünür ki, Statistika Komitəsi Azərbaycandakı inflasiyanı lüks mallara görə hesablayır. Məlumdur ki, iki ilə yaxındır ölkədə davam edən pandemiya səbəbindən bir çox insan işini itirib, işini itirməyənlərin əksəriyyətinin isə gəlirlərində azalma baş verib. Belə olan halda, vətəndaşın gəlirinin böyük hissəsi qidayamı, yoxsa lüks məhsullaramı yönələcək?

2021-ci ilin ilk iki ayı üzrə Azərbaycan əhalisinin gəlirlərinin xərcləndiyi əsas istiqamətlər üzrə DSK-nin hesabatına nəzər salsaq, gəlirlərin 46,9%-nin qida məhsullarına, 6,3%-nin içki və tütün məmulatlarına, 16%-nin geyim və ayaqqabıya, 16,7%-nin isə “digər mallara” sərf olunduğunu görə bilərik. Elə məhz DSK-nin öz hesabatında orta statistik vətəndaşın gəlirinin yarısının qidaya ayrıldığını müşahidə etmək olur, yəni, heç bir istehlak vərdişinin dəyişməsindən söhbət gedə bilməz.

Artıq dünyada illik deyil, aylıq və hətda gündəlik qiymət dəyişikliyi üzrə hesabatlar aparılır. DSK-nın “keçən ilin müvafiq dövrü ilə müqaisə” termini tam olaraq həqiqəti əks etdirmir. Dolayısıyla, aylıq qiymət dəyişiklikləri hesablandıqdan sonra, illik və ya rüblük ortalama qiymət dəyişikliyi müəyyən edilməlidir.

Məsələn, keçən ilin may ayında aldığımız hər hansı bir zəruri qida məhsulunu bir də bu ilin may ayında almırıq axı, həmin məhsulu hər ay, hətta hər gün istehlak edirik. Belə olan halda, 12 aylıq dövrdə baş verən bütün qiymət dəyişikliklərinin ortalamasına baxmaq tələb olunur və bu formada vətəndaşın büdcəsinin necə təsirə məruz qaldığını görmək olar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?

Hümbət Hüseynov rəqibini sıxışdırmağa başlayıb - Pulunun gücü ilə

Necə edək ki, evdə olmayanda elektrik sayğacı pul yazmasın?

Ukraynanın Kurskdakı uğurunun əsas səbəbi - PUA hücumları...

Bu proqramla telefonunuzda kart hesablarınızı oğurlayırlar

Yaxın zamanda bu bürcləri xoş xəbərlər gözləyir

“Araz Market” müştərini aldatdığı üçün cərimələndi

Ən çox oxunanalar