Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqor Korotçenko: “Elə təəssürat yaranır ki, sanki Ağdamda, Füzulidə atom bombası partlayıb”

“Adamda elə təəssürat yaranır ki, elə bil Ağdamda, Füzulidə atom bombası partlayıb”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Azərbaycanın işğaldan azad olunmuş torpaqlara ziyarətinin təəssüratlarını jurnalistlərlə bölüşərkən deyib.

“İşğal altındakı torpaqların Azərbaycanın tərkibinə keçməsi, 30 il davam edən işğal dəhşətinin bitməsi sözsüz ki, sevindirici haldır. Bu baxımdan xoş təəssüratlar yaşadım. Digər tərəfdən isə, Azərbaycan azad etdikləri şəhərlər və kəndlərin ermənilər tərəfindən tamamilə dağıdılıb, məhv edildiyini görəndə dəhşətə gəldim. Mən Füzulidə və Ağdamda oldum. Bu şəhərlər tamamilə yer üzündən silinib. Adamda təəssürat yaranır ki, elə bil, orada atom bombası partlayıb. Binalar məhv edilib, evlərin özülləri belə dağıdılıb, yerlə yeksan edilib. Bir sözlə, daş üstündə daş qalmayıb. Ona görə də, hesab edirəm ki, şəhərlərin, qəsəbələrin, kəndlərin bərpa olunması üçün böyük işlər görülməlidir. Əlbəttə ki, bu, uzun illər və böyük həcmdə maliyyə xərci tələb edir. Bu mənada ermənilər özlərindən sonra sanki atom silahının bombaladığı kimi yandırılmış və məhv edilmiş torpaq saxlayıblar. Ancaq ermənilərin atom bombası olmayıb. Onları atom silahı Azərbaycana qarşı nifrəti olub. Bunun nəticəsidir ki, həmin ərazilərdə hazırda ölü mənzərə hökm sürür. Yüzlərlə kvadrat kilometr minalanmış sahələr, heç bir heyvan, quş və canlı bitkiyə rast gəlmək mümkün deyil”, deyə İqor Korotçenko vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Ən çox oxunanalar