Cümə, 05 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Ağazadə: "Elə bilirlər Xameneini müdafiə etmək islamı müdafiə etməkdir"

İqbal Ağazadədən onu təhqir edənlərə cavab...

Ümid Partiyasının sədri İqbal Ağazadə İranla bağlı paylaşımından sonra sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən tənqid və təhqirlərə məruz qalmasına münasibət bildirib.

İ.Ağazadə Pravda.az-a açıqlamasında təəssüflə qeyd edib ki, İran din, məzhəb adı ilə böyük siyasət aparıb, Azərbaycan cəmiyyətinin içinə girə bilib.

O deyib ki, xurafata daha çox meyil edən insanlarımız dini, məzhəbi, əhli-beyt sevgisini, şiə təəssübkeşliyini İranla və ya İranın dini rəhbərlərinin adı ilə bağlayırlar: “Hesab edirlər ki, əslində Seyid Əli Xameneini və ya bir başqasını müdafiə etmək elə şiəliyi, əhli-beyti, islamı müdafiə etmək deməkdir. Yanılırlar. Amma bu da bizim günahımızdır, cəmiyyətimizin günahıdır ki, gəlib bu yerə çıxmışıq. Bu porblemlərin hamısını zaman-zaman düzəltməyi bacarmalıyıq. Düşünməliyik ki, bu problemlər necə aradan qaldırıla bilər. Mən onlardan incimirəm. Adamlar bu şəkildə başa düşür, bu şəkildə qəbul edirlər. Bizim vəzifəmiz də maarifləndirmə işi aparmaq, gerçək din, təriqət, məzhəb, əhli-beyt sevgisinin nə olduğunu insanlara düzgün anlatmaqdır. Bu işdə din xadimlərimizin də üzərinə böyük vəzifələr düşür. Siyasi partiyaların, təşkilatların, jurnalistlərin də üzərinə iş düşür. Gərək hamımız öz işimizlə məşğul olaq ki, başqa dövlətin müdafiəçiləri burada olmasınlar. Hamı İranın Azərbaycana münasibətini bilir, hər kəs İranın Azərbaycanın dövlət siyasətinə münasibətdə hansı rolu oynadığını da görüb, o cümlədən Güney Azərbaycanda yaşayan azərbaycanlıların hansı şəkildə tapdalanmasının da illər uzunu şahidi olub. Bu gün də davam edir. On minlərlə orda şəhid olanımız var. İstiqlal savaşında milyonlarla cəlayi-vətən olan, mühacir həyatı yaşayan azərbaycanlılarımız var. Milli kimlik uğrunda davada indiyə qədər də Azərbaycanın haqq savaşı səngimir, hələ də davam edir. Mütləqdir ki, istiqlalımız gerçəkləşəcək. Ona görə də, təəssüf ki, bu istiqamətdə narahat olan qüvvələr var”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Rafiq Quluyevin rəhbərlik etdiyi rayonda obyekt səkidə tikilib? - Foto

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? - Sensasion detallar

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - Yenilənib

Lukaşenko: Dərhal “İsgəndər”lə zərbə endirəcəyik!

Azərbaycanda tikinti şirkətinin vəzifəli şəxslərinə cinayət işi açılıb

Bakıda sirli bina: İçərisində ruhlar gəzirlər?

Ən çox oxunanalar