Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İmamoğlu və Yavaş Kılıçdaroğluya belə dəstək oldular

Xəbər verdiyimiz kimi, ötən gün Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Ankarada görüşüb...

Globalinfo.az bildirir ki, İYİ partiya sədri Meral Akşenerin zəngindən sonra baş tutan görüşün ardından hər iki siyasətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu dəstəklədiklərini elan ediblər.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, görüşdən sonra Ə. İmamoğlu sosial media hesabında Kılıçdaroğluna dəstəyini paylaşaraq onun millətin çətin günündə xalqın iradəsini təmsil edəcəyinə ümid etdiyini qeyd edib: “Millət İttifaqı xalqımızın çətin dönəmində üzərinə ağır bir məsuliyyət götürərək dövləti təsirli və demokratik, cəmiyyəti isə dinc və zəngin etmək iradəsi ilə qurulan siyasi birlikdir. İnanıram ki, millətimizə çarəsiz, ümidsiz günlərdə tək olmadıqlarını göstərəcəklər. CHP-nin öz övladı və Millət İttifaqının Bələdiyə başqanı olaraq millətimizin arzu etdiyi birlik içərisində, ittifaq masasında iradəmizi təmsil edən cənab Kılıçdaroğlunun və Millət İttifaqının daha da böyüyəcəyinə şübhəm yoxdur”.

İmamoğludan sonra CHP sədri Kamal Kılıçdaroğluna dəstək Mənsur Yavaşdan da gəlib. Yavaş sosial media hesabından verdiyi açıqlamada bunları qeyd edib: “İndiyə qədər verdiyimiz açıqlamalarda partiyamızın sədri cənab Kılıçdaroğlunun iradəsinə zidd hərəkət etməyəcəyimizi bildirmişdik. Eyni yoldayıq. Ümidimiz Millət İttifaqının bütün maraqlı tərəflərlə yoluna davam etməsidir”.

Xatırladaq ki, martın 2-si “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar