Bazar, 07 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlon Maks Baydenin 42,5 milyard dollarlıq layihəsinə görə qəzəblənib

Amerikalı sahibkar və milyarder İlon Mask ABŞ prezidenti Co Baydenin ABŞ sakinlərinin yüksəksürətli internetə çıxışını təmin etmək məqsədi daşıyan 42,5 milyard dollarlıq proqramından qəzəbləndiyini bildirib...

Poliqon xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

"Bu dövlət proqramı vergi ödəyicilərinin pullarının hədsiz israfıdır və ehtiyacı olan insanlara kömək etmək üçün heç bir iş görmür", deyə iş adamı bildirib.

Amerika liderinin ABŞ vətəndaşları üçün internetə çıxış proqramı 2021-ci ildə ABŞ Konqresi tərəfindən təsdiqlənib. Sonra Amerika hökumətinə demək olar ki, 42,5 milyard dollar ayırılıb, lakin bu günə qədər proqram həyata keçirilməyib.

Bu arada "Axios" yazıb ki, Co Baydenin köməkçiləri də daxil olmaqla, yüksək səviyyəli demokratlar Amerika liderinin seçki kampaniyasına yanaşmasına görə onun qələbəsinə şübhə ilə yanaşırlar.

Nəşr qeyd edir ki, demokratlar və Baydenin bəzi köməkçiləri onun prezident seçkilərində qələbə qazanması nəzəriyyəsinə getdikcə daha çox şübhə edirlər, bu nəzəriyyə seçicilərin 6 yanvar 2021-ci il hadisələri, siyasi zorakılıq, demokratiya və keçmiş rəhbər Donald Trampın xarakteri ilə bağlı narahatlığına əsaslanır.

"Axios" vurğulayır ki, Baydenin yaxın adamları nəzəriyyəyə inanırlar, lakin əksəriyyəti bunu paylaşmır. Materiala görə, ictimai rəy sorğuları Ağ Ev rəhbərinin əsas rəqibindən geri qaldığını göstərir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə bilər – Siyahı

Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi

İranın yeni prezidenti kimdir? - “Atam da, anam da türkdür” demişdi

İranın yeni seçilmiş Prezidenti siyasi rəqiblərinə müraciət edib

O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı

Xalq artistindən çağırış: Siz Allah, lütlənməyin, soyunmaq müasirlik deyil

Bakıdakı məşhur məktəbdə yoxlama - Direktor işdən çıxarıldı

Xalq artisti açıq havada konsert verdi, geyimi gündəm oldu - Video

Şuşada TDT-nin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilib - Yenilənib

Ən çox oxunanalar