Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlkin Süleymanovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib...

APA xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovun vəkili bir sıra vəsatətlər qaldırıb.

Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. İş apellyasiya baxışına təyin edilib.

Prosesdə məlum olub ki, Nərmin Quliyevanın ailəsi də hökmdən 1 ay sonra apellyasiya şikayəti verib. Onlar İlkin Süleymanovun cəzasının ağırlaşdırılmasını tələb edirlər. Apellyasiya şikayəti verilməsi müddəti ötdüyünə görə, bu məsələyə növbəti iclasda baxılacaq.

Xatırladaq ki, İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib. O, barəsindəki hökmün ləğv edilməsini və bəraət hökmünün verilməsini istəyib.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N. Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Rusiyaya böyük zərbə: Putin Nikolayın səhvini təkrarladı

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Rusiyanın daha bir bölgəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay