Cümə, 17 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlk zəvvar qrupu artıq Məkkədədir

Səudiyyə Ərəbistanının qərarı ilə məhdud sayda – cəmi min zəvvarın iştirak edəcəyi Həcc ziyarətinə gələn ilk qrup qəbul edilib. Zəvvarlar Krallıqda yaşayan yerli və əcnəbi dindarlardan ibarətdir.

PİA.az xəbər verir ki, rəsmi SPA agentliyinin xəbərində Krallığın Həcc və Ümrə məsələləri üzrə naziri Məhəmməd Saleh Bəntenin məhdud tərkibdə zəvvarların təhlükəsizliyi ilə bağlı açıqlamaları yer alıb. O bildirib ki, Kral Salmanın göstərişinə əsasən, bu il Həcc ziyarəti ev karantini ilə başlayıb. Zəvvarlar Məkkəyə gəlməzdən əvvəl öz evlərində karantin müddəti keçirib və bundan sonra yenidən COVID-19-a qarşı müayinə olunublar. Nazir əlavə edib ki, Məkkə və Mədinədəki müqəddəs məscidlərdə, habelə zəvvar düşərgələrində də yoluxma hallarının olmaması üçün ən ciddi tədbirlər görülüb.

Azərtacın yazdığına görə, Səudiyyəli nazir vurğulayıb ki, Krallıq son on il ərzində bütün dünyadan gələn 150 milyon zəvvara ən yüksək səviyyədə xidmət göstərib. O, növbəti ildə pandemiyanın aradan qalxacağına və normal Həcc ziyarəti keçiriləcəyinə ümidvar olduğunu bildirib.(yenisabah)

pia.az

 


Etiket: Həcc ziyarəti


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktorunun müavininin qətli törətdikdən sonra meyiti basdırdığı ərazidən görüntülər

Zümrüd cin atına mindi: “Murdarsınız, sizə yazığım gəlir”

Azərbaycanlı deputat ziyafətdə mahnı oxudu - Video

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”

Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub

Fransa millisinin AVRO-2024 üçün heyəti açıqlanıb

XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib

Bakıda şok hadisə: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı - Yenilənib, Foto

Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb

Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar