Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İlham Əliyevə qarşı açıq formada çxmağa kimsənin cəsarəti çatmaz” - Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu ətrafında baş verənlərə münasibət bildirib.

BAXCP sədri Moderator.az verdiyi müsahibəsində Prezident İlham Əliyevin Ramiz Mehdiyevi alçaltması barədə deyilənləri boşboğazlıq adlandırıb:

“Dünənə qədər qanunların hamıya şamil olunmadığını deyənlər, nədənsə qanunun aliliyinin təmin olunmasından narahat olublar”.

Gənclərin pandemiya səbəbindən tətbiq olunan karantin rejiminə görə toy edə bilmədiklərini, ailələri ilə birlikdə toylara icazə veriləcəyi günü gözlədiklərini, on minlərlə sadə vətəndaşın karantin rejimini pozduğu üçün inzibati məsuliyyətə cəlb olunduğunu xatırladan Q.Həsənquliyev qaydaları pozanlara ritorik sual ünvanlayıb:

“İndi hökumət xalqa necə izah etsin ki, vəzifəli şəxslər toy edə, karantin rejimini poza bilər, digərləri yox?! İlham Əliyev heç kimi alçaltmayıb, əksinə, onun və iqtidarın nüfuzuna zərbə vurmağa, karantin rejimini təmin edən Daxili İşlər Nazirliyinin hörmətdən salınmasına cəhd olunub. İlham Əliyev isə iqtidarın nüfuzunu qorumaq, sosial ədaləti bərpa etmək və qanunun aliliyini təmin etmək üçün qətiyyətli addım atıb. Prezidentin bu addımına görə ona hücum edənlər əslində təsdiq edirlər ki, onlar məslək sahibi deyillər. Sadəcə hakimiyyət uğrunda bütün vasitələrlə mübarizə aparırlar, yaxud belə mübarizə aparanların əlində alətdirlər”.

Q.Həsənquliyev karantin rejimini kobud sürətdə pozduğuna görə R.Mehdiyevin kürəkəninin cəzalandırılmasından sonra Prezident İlham Əliyevin Naxçıvan və Qərbi Azərbaycan kökənli klanlara qarşı artıq sərt addımlar atmağa başladığı, bu səbəbdən sözügedən regional elektorat arasında nüfuzunu itirə bələcəyinə dair şərhlərə belə münasibət bildirib:

“Klan – keçmiş sovet respublikalarında eyni bölgədən olan insanların iqtisadi və siyasi müstəvidə bir-birini müdafiə etmək məqsədilə yaratdıqları cinayətkar birlik kimi qəbul olunur. Klanlar sadə insanların hüquqlarını müdafiə məqsədilə yaradılmır. Əksinə, sadə insanların həyatını yaxşılaşdıracaq inkişafa mane olurlar. Regionlarda qeyd olunan bölgələrdən olan elə qaniçən, feodal təfəkkürlü məmur-rəhbərlər var ki, onların vəzifədə qaldığı hər gün on minlərlə vətəndaşın iztirabı deməkdir. Ona görə də, İlham Əliyev hansısa klana müharibə edibsə, bunu alqışlamaq və Prezidenti elliklə müdafiə etmək lazımdır. Xüsusilə bunu həmin bölgənin insanları etməlidir.

İkincisi, dünənə qədər deyirdilər ki, Prezident qarabağlılara (əslində hansısa klan nəzərdə tutulurdu) soyuq münasibətinə görə onlar arasında nüfuzunu itirib. Prezident hər bir azərbaycanlının Prezidenti olmağa çalışır və başlatdığı islahatlara görə güc strukturlarından, xalqdan və beynəlxalq birlikdən ciddi dəstəyi var. Açıq formada ona qarşı çıxmağa iqtidar daxilindən kimsənin cəsarət edəcəyini düşünmürəm. Xalqımız da bilməlidir ki, mövqelərini itirəndən sonra regionçuluq mərəzinə yoluxan hansı keçmiş məmurun qapıları vəzifədə olarkən sadə insanların üzünə açıq olub? Sadəcə, dünən xalqın passivliyindən, heç nəyə reaksiya verməməsindən danışanlar, utanmadan bir gün sonra sentyabrda hansısa böyük hadisələrin baş verəcəyindən, klanlar arası savaşdan danışırlar. Bu tipli söhbətlər çarəsizlikdən doğan qeybəti xatırladır”.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Ən çox oxunanalar