Çərşənbə axşamı, 10 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri ilə görüşüb - Yenilənib

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olunub, bu xüsusda Niderland şirkətlərinin Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyi vurğulanıb.

Mark Rutte Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və Avropa ölkələrinin qazla təchizatında oynadığı rolu xüsusi qeyd edərək, buna görə təşəkkürünü bildirib.

Söhbət zamanı Şərq-Qərb nəqliyyat dəhlizinin və onun tərkib hissəsi olan Orta Dəhlizin artan əhəmiyyəti qeyd edilib, regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

Dövlət başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında məlumat verib. Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin vacibliyini vurğulayıb, ölkəmizin bu proses çərçivəsində danışıqların davam etdirilməsinə hazır olduğunu deyib.

Prezident İlham Əliyev Azərbaycanın Laçın-Xankəndi yolunda cərəyan edən son hadisələr barədə məlumat verib, Ermənistanın yolun guya blokadada olması barədə yalan məlumatlar yaydığını və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını qeyd edib. Dövlət başçısı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının haqlı narazılığına səbəb olduğunu bildirib.

Hazırda yolda Rusiya sülhməramlılarının, Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə lazımi humanitar yüklərin, mülki şəxslər və mülki təyinatlı yüklərin sərbəst keçidinin təmin edildiyi diqqətə çatdırılıb, kriminal ünsürlərin həmin ərazilərdən çıxarılmasının vacibliyi bir daha vurğulanıb.

***

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşü olub.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Fotolar

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

Süni bahalaşmaya son qoyulur: Cəza tədbirləri başladı

Ərəstun Oruclu: İran bütün hədəflərini, məqsədlərini Rusiya ilə bağlamaq istəmir...

Ucarda qaçırılan 16 yaşlı qız niyə geri qayıtmaq istəmir?

Politoloq: Ermənistanın Konstitusiya Məhkəməsi sənədə “veto” qoya bilər...

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

Ən çox oxunanalar