Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“İki min rus əsgəri bu hərbi-siyasi iradəni, xalq-dövlət birliyini poza bilməz” - Sabiq xarici işlər naziri

“Siyasət mümkün olan əldə etmək sənətidir. Biz Ordumuzun hünəri, Prezidentimizin əzmkarlığı ilə indiki mərhələdə mümkün olanı əldə etmişik. Azərbaycan nə istəyirdi? Ermənistan işğal etdiyi ərazilərdən çəkilməlidir. Azərbaycan torpaqları hesabına regionda ikinci erməni dövlətinin yaradılmasına yol verilə bilməz. Əlbəttə, əgər qarşımızda xəstə təfəkkürlü bir toplum və onun daha ağır mərəzə yoluxmuş başbilənləri olmasaydı, haqqımızı bu qədər şəhid qanları axıdılmadan da bərpa edə bilərdik”.

Bu barədə sabiq xarici işlər naziri Vilayət Quliyev bildirib.

O qeyd edib ki, haqq verilmir, alınır:

“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz hamımız həyatımızın sonuna qədər onların qarşısında borcluyuq. Ruhdan düşmək olmaz. Biz harın, iddialı, bütün dünyanı özünə borclu bilən düşməni əzmişik, sındırmışıq. Onlar təkcə siyasi, iqtisadi baxımdan deyil, mental baxımdan, mənəvi və psixoloji cəhətdən də yıpranıblar, əziliblər, naəlac və miskin vəziyyətə düşdüklərini dərk ediblər. Ermənilərin daha miskin, şərəfsiz günləri hələ qabaqdadır”.

V.Quliyev vurğulayıb ki, belə vəziyyətdə biz daha böyük birlik, əzmkarlıq, işgüzarlıq, dövlətimizə inam və sədaqət nümayiş etdirməli, hər addımbaşı fədakarlığa hazır olmalıyıq:

“Hərbi və siyasi üstünlüyümüzü düşmənin başına dəmir yumruq kimi enən iqtisadi, mənəvi-psixoloji, humanitar-mədəni, təbliğati qələbəyə çevirməliyik. Biz Cənubi Qafqazın söz haqqına malik güclü dövləti olduğumuzu dünyaya göstərdik. 2000 rus əsgəri bu hərbi-siyasi iradəni, xalq-dövlət birliyini poza bilməz. Bizi qarşıda çətin, amma şərəfli və gözəl günlər gözləyir. Tələsik nəticələr çıxarmağa, özünü ən böyük vətənpərvər kimi göstərmək istəyənlərə məsləhətim səbirli, təmkinli olmaqdır. İnanıram ki, zaman artıq bizə işləyəcək. Allah Azərbaycanın yar və yardımçısı olsun!”.(yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar