Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İğtişaşlar Fransaya 1 milyard avrodan çox ziyan vurub...

Fransa Sahibkarlar İttifaqının rəhbəri hesab edir ki, etirazlar turizm sektoruna daha çox ziyan vurub...

Fransada iğtişaşlar nəticəsində dəyən itkilər bir milyard avrodan çox qiymətləndirilir.

Poliqon xəbər verir ki, bu rəqəmi Fransa Sahibkarlar İttifaqının (Medef) rəhbəri Joffrua Ru de Bezye Parisien nəşrinə verib. O, əlavə edib ki, bu məbləğ turizm sektorunda itkiləri nəzərə almır.

“Dəqiq rəqəmlər haqqında danışmaq hələ tezdir, lakin turizmə dəyən zərəri nəzərə almasaq, bir milyard avrodan çox ziyandan söhbət gedir”, - deyə Bezye bildirib.

Bezyenin sözlərinə görə, Fransada 300 bank filialı dağıdılıb, 250 köşk zədələnib, 200-dən çox müxtəlif ticarət müəssisəsi tamamilə talan edilib.

Fransa İqtisadiyyat Nazirliyinin verdiyi məlumata görə, talançıların hərəkətləri nəticəsində 10-a yaxın ticarət mərkəzi və 200 ərzaq mağazası zərər çəkib. Bundan əlavə, Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşçılar ölkə üzrə 3,8 minə yaxın avtomobili yandırıblar.

Qeyd edək ki, Fransada etirazlar və iğtişaşlar ötən çərşənbə axşamı, iyunun 27-dən bəri davam edir. Fransada iğtişaşlar başlayandan bəri, ümumilikdə, azyaşlılar da daxil olmaqla üç mindən çox adam saxlanılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Köç karvanı Şuşaya çatıb, açarlar sakinlərə təqdim edilib - Yenilənib 

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ən çox oxunanalar