Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İƏT MDİHK Ombudsman Aparatı ilə birgə Füzulidə faktaraşdırıcı missiya həyata keçirib - Yenilənib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti əsasında ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Füzulidə Ombudsman Aparatının əməkdaşları ilə birgə faktaraşdırıcı missiya həyata keçirib.

"Report" xəbər verir ki, faktaraşdırıcı missiyanın əsas məqsədi işğaldan azad edilmiş və raket hücumlarına məruz qalmış Azərbaycan ərazilərində dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsidir.

Nümayəndə heyəti FüzuliErmənistan silahlı qüvvələri tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə baxış keçirib. Qaraxanbəyli məzarlıqları, Merdinli məscidi, eyni zamanda, şəhərin tarixi mərkəzində dağıntılara məruz qalmış sosial və mədəni obyektlərin yerində monitorinqi aparılıb.

Qonaqlar, həmçinin Füzuli Hava Limanı, Füzuli şəhərindəki yeni yaşayış məhəlləsi və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə də olublar.

Nümayəndə heyəti Ermənistanın işğalı nəticəsində zərərçəkmiş Füzuli şəhərinin sakinləri ilə görüşüb, Birinci və İkinci Qarabağ müharibəsi dövründə mülki əhaliyə qarşı törədilmiş müharibə cinayətləri barədə məlumatlandırılıb.

***

Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Füzuli rayonuna səfəri başa çatıb.

"Report"un Qarabağ Bürosunun verdiyi məlumata görə, qonaqlar ilk olaraq Qarabağ müharibəsi zamanı ermənilərin dağıtdığı Qaraxanbəyli məzarlığına baş çəkiblər. Ombudsman Aparatının əməkdaşları və İƏT MDİHK nümayəndə heyəti Füzuli rayonunun Qaraxanbəyli məzarlığında törədilən vandallıq aktı barədə qonaqlara məlumat verilib. Bildirib ki, Qaraxanbəyli kəndi birinci Qarabağ müharibəsində işğal olunub. İşğal müddətində qəbirlər dağıdılıb, meyitlər qəbirdən çıxarılaraq təhqir olunub, məzar daşları isə ərazidən daşınıb.

Səfərin davamında İƏT MDİHK nümayəndə heyətinin ikinci dayanacaqları məkan Mersinli kənd məscidi olub.

Qonaqlara məlumat verilib ki, Merdinli kəndindəki məscid Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilib. Məscid öz tarixi memarlıq üslubu ilə seçilib. Məscidin memarı Qarabağ ərazisində bir neçə məscidin, həmçinin Şuşa şəhərindəki Yuxarı Göhər Ağa məscidinin memarı olub. Məscid barədə qonaqlara məlumat verilərkən, işğal dönəmində ermənilərin burada mal-qara saxlayaraq tövlə kimi istifadə etmələri xüsusilə vurğulanıb. Məscidlərdə donuz və mal-qara saxlanılmasının isə ermənilərin azərbaycanlıların dini inancına qarşı yönələn nifrətdən irəli gəldiyi vurğulanıb.

İƏT MDİHK nümayəndə heyətinin üzvləri Füzuli rayonuna səfərləri zamanı işğaldan azad edildikdən sonra, inşa edilən Füzuli Beynəlxalq Hava Limanında da olublar.

Qonaqlara məlumat verilib ki, Füzuli işğaldan azad edildikdən sonra, Füzuli Beynəlxalq Hava Limanı minatəmizləmə işləri də daxil olmaqla 8 ay ərzində, müasir tələblərə cavab verən səvyyədə inşa edilib. O da qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə 3 beynalxaq hava limanı inşa edilib. Bunlardan 2-i - FüzuliZəngilan beynəlxalq hava limanlari istifadəyə verilib. Laçın beynəlxalq hava limanında isə son tamamlama işləri aparılır.

Qonaqlar Füzuli şəhərinin işğal zamanı ermənilər tərəfindən dağıdılmış mənzərəsi ilə də tanış olublar. Burada qonaqlara şəhər barədə ümumi məlumat verilib. Yer üzündən silinən şəhərdə əhalinin sayı, tikililəri və qədim abidələri barədə məlumat verilib.

İƏT MDİHK nümayəndə heyəti səfərlərinin yekununda 30 ildən sonra, işğaldan azad edilən Füzuli şəhərində inşa edilən evlərə köçürülən sakinlərlə görüş keçirib.

***

Ombudsman Səbinə Əliyevanın dəvəti əsasında İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti faktaraşdırıcı missiya keçirmək məqsədilə Füzuliyə səfər edib.

"Report"un Qarabağ Bürosunun verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaiman (Nigeriya), İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə), İƏD MDİHK üzvü Hilal bin Said al Şidhani (Oman), İƏT MDİHK katibliyinin icraçı direktoru Nura Zaid Alrşoud (Səudiyyə Ərəbistanı), İƏT MDİHK Katibliyinin direktoru Javed Saqlain (Pakistan), İƏT MDİHK Katibliyinin əməkdaşı İbrahima Saidou Kamara (Qvineya) daxildir.

Nümayəndə heyətinin səfərinin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Fotolar

Poliqon.info 


Etiket: Səfər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Ən çox oxunanalar