Cümə axşamı, 20 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Husilər İsrailin Eylat şəhərindəki hərbi hədəfə raket zərbəsi endiriblər

Yəmənin “Ənsar Allah” hərəkatının sözçüsü Yəhya Sariya bildirib ki, husilər İsrailin cənubunda yerləşən Eylat şəhərindəki hərbi obyektə ballistik raketlə hücum ediblər.

Poliqon xəbər verir ki, bu barədə Al Masirah telekaanalı məlumat yayıb. Yəhya Sariya raketin hədəfinə çatdığını iddia edib.

“Yəmən silahlı qüvvələri işğal olunmuş Fələstinin cənubundakı Umm ər-Rəşrəş (Eilatın ərəbcə adı) bölgəsində İsrail düşməninin hərbi hədəfinə “Fələstin” ballistik raketi ilə zərbə endirib”, deyə Yəhya Sariya bildirib.

Husilərin hərbi sözçüsü qeyd edib ki, “Fələstin” ballistik raketi ilk dəfə istifadə olunub. Raketin xüsusiyyətləri verilmir.

“Yəmən Silahlı Qüvvələri Qəzza zolağındakı təcavüzü və blokadası bitənə qədər Fələstin xalqına dəstək məqsədilə hərbi əməliyyatlarını davam etdirəcək”, deyə Husilərin rəsmi sözçüsü əlavə edib.

Qeyd edək ki, Yəmənin Qırmızı dəniz sahillərinin böyük hissəsinə nəzarət edən İranın dəstəklədiyi “Ənsar Allah” hərəkatı Qəzza müharibəsinin başlamasından sonra Fələstinin HƏMAS hərəkatını dəstəklədiyini və İsraillə əlaqəsi olan bütün gəmilərə hücum edəcəyini bildirib. ABŞ və Böyük Britaniya gəmiləri də hücuma məruz qalıb. Onlar cavab olaraq Yəmən ərazisinə hücum etməyə başlayıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi FHN-in nümayəndə heyəti Belarusda səfərdədir - Foto, Video

Bakının bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Şimali Koreyada Lavrovun zaldan qovulmasının səbəbi açıqlanıb

Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı COP29-a hazırlıqla əlaqədar Azərbaycana səfər edəcək

“Hizbullah” lideri müharibə zamanı İsrailin təhlükəsiz bölgəsinin olmayacağını deyib

Vladimir Putin Vyetnamın paytaxtı Hanoya səfər edib

AVRO-2024: Almaniya turnirdə ikinci qələbəsini qazanıb

AYNA kasıbları taksiyə minməyə zorlayır?.. – Axşam saatlarında avtobuslar hara yoxa çıxır?

DTX-dən əməliyyat: Rəsmi şəxslərin adından saxta müraciətlər hazırlayan şəbəkə ifşa olundu

“Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək” İctimai Birliyi Qurban bayramı münasibətilə “İlahiibadət”adlı tədbir keçirib - Foto

Ən çox oxunanalar